Müsəlmanda bu 3 xislət olmasa Məhəmmədin (s) ümmətindən deyil
Mьəllif: admin1
Tarix: 16-10-2022, 21:25
Müsəlmanda bu 3 xislət olmasa Məhəmmədin (s) ümmətindən deyil
Həzrəti Məhəhmməd Peyğəmbərdən (s) nəql edilən hədislərin birində müsəlman bir şəxsdə 3 xislətin olması da zəruri hesab edilir, Bu xislətlər və sifətlər onların Məhəmməd ümmətinə daxil olması üçün əsas şərtlərdir.

Sırf Allah və onun Peyğəmbərlərini qəbul etmək, insanı axirət səadətinə çatdıra bilməz. Allaha imanlı olduğunu, onun Peyğəmbər və imamlarını qəbul etdiyini yalnız faktiki əməllərlə ortaya qoya bilərsən.

Bu məsələ Qurani-Kərimdə dəfələrlə səsləndirilib. Əməlsiz inamın iman sayılmadığı dəfələrlə vurğulanıb.

Qurani-Kərimin hucurat surəsində peyğəmbərin yanına gəlib müsəlman olduqlarını göstərmək istəyən bədəvi ərəblər barədə belə deyilir:

“Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin.

Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz,

O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”

Həzrəti Məhəmməd peyğəmbərdən nəql edilən hədislərin birində müsəlman bir şəxsdə 3 xislətin olması da zəruri hesab edilir, Bu xislətlər və sifətlər onların Məhəmməd ümmətinə daxil olması üçün əsas şərtlərdəndir.

“Hər kimdə bu 3 xislət olmasa, o şəxs nə məndəndir nə də Allahdan. Peyğəmbərdən soruşdular ki ey Allahın rəsulu bunlar nədir?

O buyurdu: Müsəlmanda səbr və dözüm olmalıdır ki onun vasitəsilə nadan insanların cahilliyini dəf edə bilsin.

Xoş rəftara və yaxşı əxlaqa malik olmalıdır ki, onun vasitəsilə insanlar arasında yaşaya bilsin və üçüncüsü təqvalı olmalıdır (İnsanın daxilində Allah qorxusu) ki bu xislət onu Allaha itaətsilik etməkdən çəkindirə bilsin”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930