Şeyx Şahabadidən öyüdlər
Mьəllif: admin1
Tarix: 19-12-2019, 11:52
Şeyx Şahabadidən öyüdlər
Axirət yaşamının iradənlə yaranması lazımdır. Ora ağıl, nəfs və hissi təhsilatın nəticəsidir. Yəni ağlın həqiqi mərifətlər, səhih və saleh inanclarla nurlanmalıdır.

İnancın səhih, əxlaqının gözəl, əməllərinin doğru olması Peyğəmbərin (s) inanc, əxlaq və əməllərinə uyğun şəkildə olduqda gerçəkləşmiş olur.

Burada əməl etdiyin şeyləri orada qarşına çıxması üzərinə Bərzəx aləmi qurulmuşdur.

Qurani-Kərim bu haqda belə buyurur: “Hər insanın əməlini (işləyib etdiklərini) boynuna bağladıq. İnsan üçün Qiyamət günündə, açılmış olaraq önünə qoyulacaq bir kitab çıxararıq” (İsra surəsi, ayə 13.)

Bu mərhələ mülkün dövran hökmüdür ki, duyan (hiss edən, görən, eşidən, bilən) sultandır və hissiyatdan qaynaqlanan hər nə varsa hökmə məhkumdur, lakin onun bərzəx surəti belədir.

Burada naməhrəmə baxdı. Baxması ilə hissiyyat sürətinin arasındakı fasilə burada işıq, orada atəş olur. Burada bağlılıq və yaxınlığa meyl vardır, orada iyrənc bir mənzərəylə qarşılaşır və belə deyərsən: "Ey kaş mənimlə sənin aranda şərqlə qərb arasındakı fasilə qədər uzaqlıq olaydı, sən pis yoldaş və dostsan!" (Zuxruf surəsi 38.)

Burada toyuğu qızartma edərək haram yedin və bütün hisslərinlə onun dadını hiss etdin. Orada isə toyuq qızartması yanğındır və bütün hisslərin əzabdadır. Buna görə bəşərin qurtuluşu üçün gələn Peyğəmbər (s) belə buyurmuşdur: “Haqsızca yetimin mallarını yeyənlər, qarınlarına sadəcə od doldurmaqdadırlar.”

Bu, bir misaldır, ancaq görünüş ümumidir. Burada, zəhmət və yorğunluq vardır. Haqqa ibadət etmək üçün, soyuq havada dəstəmaz almaq, isti havada oruc tutmaq və mala diqqət etməmək vardır. Bərzəxdə isə Haqqın xoşhal olmasını görmək və ilahi nemətlərlə nemətlənmək

vardır.Qısacası, axirət həyatının təmini elm və ədəbdir. İstər əməli, istər qəlbi və istərsə də hissi olaraq olsun. Hüzur və qurtuluş iman və əmələ tabedir.

“Ey iman edənlər!” yəni ibadət sırasında məbuddan başqasını görməyin. Oradakı azadlıq, buradakı qulluq və bəndəliyin nəticəsidir; nə özünü gör nə də ibadətini!

Bərzəx aləminin ən böyük sultanı olan sultanlarından bir digəri də “Ağıl sultanıdır”. Səhih haqq, inanc və ilahi mərifətlərə sahib mömin ilə qarşılaşdıqda “Bəşir və Mübəşşir”dir. Pis, batil inanc sahibi münafiq və kafirlə qarşılaşdıqda isə“Nəkir və Münkər”dir.

Qısacası, aləmin imanının batini olan Bərzəx aləminin məqamlarından biri ağlın sultanı olan Bəşir və Mübəşşir mələkləridir. Bərzəx aləminin sultanları hiss sultanı, nəfs sultanı və ağıl sultanlarından təşkil olunmuş hiss, nəfs və ağlın məhsullarıdır.

Bərzəx aləmində ağılların imtahanı üçün böyük bir səltənət vardır.Dünya mədrəsə, ənbiya və üləmalar müəllim, səmavi kitablar da dərs kitablarıdır ki, bunların ən üstünü Qurani-Kərimdir.

Bunlar olmasına baxmayaraq nə etdin deyə soruşacaqlar. Soruşanlar isə, möminlərə Bəşir, münafiqlərə qorxuducu və xəbərdar edicidir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930