Özgəsi üçün etdiyin duanın iki qatı sənə qayıdar
Mьəllif: admin1
Tarix: 28-12-2017, 20:43
Özgəsi üçün etdiyin duanın iki qatı sənə qayıdar
Ayətullah Müctəba Tehrani buyurur: “Belə bir hədisimiz vardır ki, sən başqaları üçün dua edən zaman mələklər bu duaya “amin!” deyər və sənin üçün dua edərlər.

Belə bir dua tez həyata keçər. O zaman ki, sən əllərini açıb din qardaşların və ya başqaları üçün dua edərsən, mələklər bu duaya “amin!” deyərlər. Ardınca deyərlər: “Bu duanın iki qatı sənin üçün olsun”.

Yəni, sənin etdiyin duanın ardınca mələklər də sənə dua edər.

Beləliklə bir duadan başqa bir dua doğar. Ancaq bu dua artıq ikiqat xüsusiyyətə malik olar. Yəni, elə ki, başqalarına xeyir istəyirsən, Allah o xeyirin iki qatını sənə qaytarar.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Əgər kimsə mömin qardaşının arxasında onun üçün dua edərsə, ərşdən nida gələr: “Sənin üçün onun yüz min bərabəri vardır””.
İltimasi-dua.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930