İlahi qəza və qədər barədə İmam Əlinin (ə) izahı
Mьəllif: admin1
Tarix: 18-12-2019, 11:25
İlahi qəza və qədər barədə İmam Əlinin (ə) izahı
İmam Hadi (ə) Əhvaz əhlinə yazdığı məktubda buyurmuşdur: “Əmirəl-möminindən (ə) nəql edilir ki, Siffeyn döyüşündən qayıdandan sonra bir kişi Həzrətdən (ə) soruşur: “Ya Əmirəl-möminin! Bizə Şam əhli ilə döyüşündən xəbər ver. Bu, Allahın qəza və qədərinə görə idi, yoxsa yox?”.

Həzrət Əli (ə) buyurur: “Bəli, ey şeyx! Biz elə bir təpəyə, dağa, dərəyə, səhraya qədəm basmadıq, məgər Allahın qəza və qədərinə görə olmuşdur”.

O kişi soruşur: “Onda bütün bu çətinlikləri Allahın hesabına yazım, ancaq mən özüm üçün bir əcr görmürəm”. (Yəni, əgər Allahın hesabına yazsam, mənim üçün əcr olmaz).

İmam (ə) buyurur: “Necə əcr sahibi olmayasınız ki, Allah Təala sizin düşmənə tərəf hərəkətinizə və döyüşdən qayıtmağınıza görə böyük əcr və saysız savabı qərar vermişdir. Siz bu halda məcbur deyildiniz”.

Həmin kişi deyir: “Bu səfərdə, getməkdə və qayıtmaq necə ixtiyar sahibi ola bilərik ki, İlahi qəza və qədər bizi bu işə sövq etmişdir?”.

İmam (ə) buyurur: “Yəqin ki, sənin məqsədin qəti qəza və qədərdir? Əgər belə olarsa, hər an əmr və nəhy, savab və cəza, cəhənnəm və behişt batil olar.

Müti və yaxşı əməl sahibi olan insan günahkar və müxalif insanla bərabər olar. Pis əməl sahibi məzəmmət olunmaz, gözəl rəftara malik olan insanlar təşviq edilməz.

Bu əqidə bütpərəstlərin, şeytanın davamçılarının, hegemonları təsdiq edənlərin, böhtan, yalan, zəlalət əhlinin əqidəsinə bənzəyir.

Onlar bu nöqtədən qafildirlər ki, Allah insanlara ixtiyar verdiyi halda, ixtiyarları üzərindən itaət etməyi əmr etmişdir. Nəhy etmişdir o halda ki, Onun nəhyi ancaq qorxutmaq nəzərindən olmuşdur. Vəzifələri asan və bəndələrinin qüdrət həddindədir. Peyğəmbərlərinin (ə) besəti və rəsulların göndərilməsi əbəs bir iş olmamışdır.

Səma kitabının nazil olması yersiz iş olmamışdır. Yeri, göyü, başqa məxluqların xəlqini batil və faydasız yaratmamışdır. Bu, o kəslərin sözüdür ki, aləmlərin Pərvərdigarını inkar edər, inad və küfr üzündən belə sözlər deyərlər”.

Sonra bu ayəni tilavət edir: “Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi qəti hökm etdi”. (“İsra” 23).

Həmin kişi bu sözlərdən sevinir və İmamı mədh edən şeir oxuyur”.

Allah Təala bizləri behişt qazananlardan qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930