Günahlar üç qrupdur...
Mьəllif: admin1
Tarix: 20-12-2017, 13:46
Günahlar üç qrupdur...
İmam Əli (ə) buyurur:
Günahlar üç qrupdur:

1. Bağışlanan günahlar.
2. Bağışlanmyan günahlar.
3. Elə günahlar da vardır ki, onların bağışlanıb-bağışlanmayacağı mə’lum deyil. (O həzrət sonra sözünün davamında buyurur): Bağışlanan günahlar elə günahlardır ki, Allah tərəfindən bu dünyada onlar üçün cəza tədbirləri müəyyən olunub. Daha belə olan surətdə bədənin ikinci dəfə qiyamətdə də cəzalandırılması, Allahın həkimlik məqamından uzaqdır.

Bağışlanmayan günahlar isə insanların bir-birlərinə qarşı etdiyi günahlardır. (Misal üçün, əgər insan mömin bir şəxsin malını onun icazəsi olmadan mənimsəyibsə, bu halda ancaq və ancaq gərək malın sahibindən halallıq alsın).

Üçüncü növ günahlar isə insanların gizlində etdiyi günahlardır ki, bir özü, bir də Allahı bilir. Bu halda Allah-təala insan üçün tövbə qapısını açıq qoyub. Hər bir zaman tövbə edib Allahın dərgahına üz gətirə bilər. Tövbə etdikdən sonra belə bir şəxs bir tərəfdən Allahın rəhmətinə ümidli, digər tərəfdən isə etdiyi günahların nəticəsindən nigarandır. Biz də belə bir bəndə haqqında həm ümidvar, həm də nigaranıq. (Birahül-ənvar, 6-cı cild, səh. 30.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930