Necə olur ki, bəzi günahlar bütün savabları puça çıxarır?
Mьəllif: admin1
Tarix: 23-10-2017, 10:42
Necə olur ki, bəzi günahlar bütün savabları puça çıxarır?
Əgər bir şəxs müəyyən müəssisədə iyirmi il xeyir işlə məşğul olduqdan sonra müəssisə müdirinin övladını qətlə yetirərsə, gördüyü işlər puça çıxar. Bir top mərmisi dəydiyi binanı uçurub, yüzlərlə insanın zəhmətini bir anda bada verir. Bir söyüş illərin dostluğuna son qoyur. Bir qaşıq zəhər bütün sağlamlığı məhv edir. Sükan arxasında bir an yuxu avtomobili uçuruma yuvarladır. Bir dəfə bıçağın gözə toxunması onu illər uzunu kor edir.

Bəli, bir qığılcım böyük meşəni külə döndərdiyi tək, bəzi günahlar da bütün savabları məhv edir. (“Bəqərə”, 217.) Amma elə yaxşı əməllər də var ki, insanın bütün keçmiş pis əməllərini yuyub aparır. (“Təğabun”, 9.)

Bir fəhlə müəssisədə illər uzunu səmərəsiz işlədiyi halda, müəssisə rəhbərinin övladını ölümdən qurtarmaqla hörmət qazana bilər. Quran buyurur: “Namaz bütün pislikləri və çirkinlikləri aradan qaldıran yaxşı əməldir.” (“Hud”, 114.)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031