Niyə hər ləzzətdə – çətinlik, hər xoşluqda – qəm-qüssə gizlənib?
Mьəllif: admin1
Tarix: 15-12-2022, 12:07
Niyə hər ləzzətdə – çətinlik, hər xoşluqda – qəm-qüssə gizlənib?
Nəql edilir ki, bir dəstə insan Əmirəl-mömininin (ə) hüzurunda Allahın ədalətini müzakirə edirdilər. Həzrət (ə) əyləşdiyi yerdən qalxdı və məscidə gəldi.

Minbərə çıxıb, Allaha həmd etdikdən sonra buyurdu: “Ey insanlar! Bilin ki, Sübhan Allah xəlqi yaradan zaman istəyir ki, nöqsandan kamala doğru getsin. Ədəbdə və əxlaqi fəzilətdə şərəfli və uca məqama çatsın. O bilirdi ki, onlar lazımlı kamala çatmazlar, məgər o halda ki, o şey ki, onlar üçün faydalıdır və o şey ki, ziyanlıdır – öyrənsinlər. Öyrənmək də əmr və nəhydən başqası ilə olmaz. Əmr və nəhy də doğru vədələrdən başqası ilə olmaz. Vədə də təşviq və hədələməkdən başqası ilə olmaz.

Təşviq – o şeyi ki, ürək istəyər, ondan başqası ilə olmaz. Hədələmək isə onun əksinə.

Sonra məxluqa bu cahanda yer verdi və onlara bir parça ləzzətlərdən verdi ki, axirətdə behiştin pak ləzzətlərinə yol tapsınlar. Bu cahanda onlara əziyyətlərin və çətinliklərin bir parçasını nişan verdi ki, bu vasitə ilə o biri dünyanın ki, cəhənnəmdir, narahatlıq və giriftarlıqlarını dərk etsinlər.

Bu müvəqqəti əzabdan o əbədi əzabı anlasınlar. Ona görədir ki, bu cahanın ləzzəti – həmişə çətinlik və əziyyətlədir. Xoşluğu və sevinci – qəm və qüssə ilə birlikdədir”.

Nəql edilir ki, əhli-təsənnün alimi olan Cahət bu sözləri oxuyan zaman deyir: “Bu sözlər indiyə qədər maarifdə yazılan bütün mövzunu əhatə etmişdir”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930