Qaim İmamın (ə.f) öz davamçılarına məhəbbəti necə təzahür tapır?
Mьəllif: admin1
Tarix: 9-06-2022, 21:27
Qaim İmamın (ə.f) öz davamçılarına məhəbbəti necə təzahür tapır?
İmam Zaman ağa (ə.f) qeybdə və gizlində olmasına baxmayaraq, sevgi və məhəbbət şüası hər kəsi əhatə edər, lütf və inayəti qaynayan bulaq kimi davamlı olaraq axmaqdadır.

1. Möminlərin kədərinə şərik olur. Möminin ən üstün sifətləridən biri budur ki, din qardaşının qəminə qəmlənər.

İmam Rza (ə) buyurur: “Əhli-Beyt (ə) davamçılarından heç biri xəstə olmaz, məgər o halda ki, biz də onun xəstəliyi ilə xəstə olarıq. Qəmgin olmaz, məgər o halda ki, biz də onların qəminə qəmgin olarıq. Şad olmaz, məgər o halda ki, biz də onun sevincinə xatir sevinərik”.

İmam Zaman ağa (ə.f) da öz davamçılarına qarşı o cürdür. Onların qəminə qəmlənir və sevincinə sevinir.

İmam (ə.f) bu haqda buyurur: “Bizə xəbər gəlib çatıb ki, sizlərin bir dəstəsi dində şəkkə düşübdür. Qəlbləri əmr sahiblərinə qarşı şəkk və heyrət içindədir. Bu məsələ bizim qəm mənbəyimizdir.

Əlbəttə sizin özünüzə görə, nəinki özümüzə görə. Narahatlığımız sizə görədir, nəinki özümüzə görədir. Çünki Allah bizimlədir. Onun olması ilə başqalarına ehtiyac qalmaz”.

2. Dua etmək. Möminlərin bir-birinə yaxşılıq etməsinin amillərindən biri də dua etməkdir. Dua, çətinliklərin düyününü açar və insanı Allaha yaxınlaşdırar.

İmam Zaman ağa (ə.f) da başqa İmamlar (ə) kimi öz davamçılarına həm ümumi və həm də fərdi olaraq dua edir. Seyyid ibn Tavus nəql edir: “Samirrada idim. Səhər zamanı eşitdim ki, Mövla Məhdi (ə.f) bu cür dua edir:

Allahım, Səninlə münacat edənin haqqına, Səni dənizdə və quruda çağıranın haqqına and verirəm ki, möminlərin yoxsulluğuna zənginlik və sərvət, xəstəliklərinə şəfa və salamatlıq, həyatlarına lütf və kərəm, mallarına bəxşiş və rəhmət, səfərə çıxan və qəriblərinə vətənlərinə salamat halda qatıymaq lütf et”.

3. Adla çağırmaq. Hər kəsin adı ən çox əlaqə göstərdiyi şeydir. İmam Zaman ağa (ə.f) öz dostlarını adları ilə çağırar. Seyyid Bəhrul-ulum nəql edir: “Mən keçən gecə və ya iki gecə əvvəl Kufə məscidinə getmişdim ki, gecə nafiləsini qılım.

Məsciddən çıxan zaman qəlbimə Səhlə məscidinə getmək üçün bir şövq düşdü. Məscidə daxil oldum və gördüm ki, boşdur. Zəvvarlardan cəlil bir insanı gördüm ki, münacatla məşğul idi.

Elə sözlər deyirdi ki, qəlbləri titrədirdi. Halım dəyişdi və mən ağlamağa başladım. Dayandım və qulaq verdim. Onlardan ləzzət aldım və həmin şəxs münacatdan ayrıldı.

Mənə öz dilimdə buyurdu: "Məhdi gəl!”.

Bir neçə addım irəli getdim və dayandım. Əmr etdi ki, irəli gəlim. Bir qədər gedib dayandım. Yenə əmr etdi ki, irəli gəlim. İrəli getdim və mənim əlim cənabın əlinə yaxınlaşdı. O zaman danışmağa başladı...”.

4. Salam vermək. Salam vermək salamatlıq və rəhmətdir. Salam insanın bir-birinə olan sevgisinin nişanəsidir. Cənab Reyşəhri nəql edir: “Eşitmişdim ki, Ayətullah Bəhayəddin İmam Zamanın (ə.f) ziyarətinə nail olmuşdur.

O, buyurur: “Bir neçə gecə əvvəl İmam Zaman ağa (ə.f) bu qapıdan gəldi və salam verdi. Elə bir salam ki, indiyə qədər eşitməmişdim. Mən 60 ildir ki, bu mənanın intizarındayam””.

5. Hədiyyə vermək. Hədiyyə - məhəbbət və diqqətin nişanəsidir. Hədiyyə verən nə qədər böyük insan olarsa, hədiyyənin dəyəri də bir o qədər çox olar.

Molla Muhəmmədtəqi Məclsi nəql edir: “Yeniyetmə çağında İlahi rizanı əldə etmək istəyirdim. Həmişə narahat idim və bir gün yuxu və oyaqlıq arasında İmam Zaman ağanı (ə.f) gördüm ki, İsfahan məscidinə gəlmişdir. Həzrət (ə.f) mənə salam verdi və mübarək əlindən öpdüm. Çətinliklərimi ona dedim.

Mənə buyurdu: “Sənə bir kitab əta etdim və onu Molla Muhəmməd Taca vermişəm. Get və onu al”. Alim deyir ki, həmin kitab “Səhifeyi-Səccadiyyə” kitabı idi”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930