Şiə olan xristianın İmam Zaman (ə.c) məhəbbəti
Mьəllif: admin1
Tarix: 14-04-2016, 12:34
Şiə olan xristianın İmam Zaman (ə.c) məhəbbəti
Əvvəllər xistian olan, indi Əhli- Beyt (ə) məzhəbini qəbul etmiş hindistanlı ziyarətçi Məhəmmədəli Ələmdar İranın Qum şəhrindəki Cəmkəran məscidini ziyarət edərkən dedi: Mən və həyat yoldaşım xristian idik. Düz 7 il bundan qabaq Allahın mərhəməti ilə şiəliyi qəbul etdik. Artıq iki aydır ki, Hindistanın Bombey şəhərindən bura təşrif gətirib, dini elmlər öyrədən İmam Xomeyni (ə) kolleçində təhsil alıram.

O, İmam Zamanla (ə) qiyabi və mənəvi tanışlığı barədə belə dedi: Alim və ruhanilərdən onun barəsində bir sıra sözləri eşitmişdim, hardasa o həzrətlə mənəvi bağlılıq və ünsiyyət qurmağ çalışırdım.

Həftədə ən azı bir dəfə Cəmkəran məscidinə gəldiyini söyləyən Məhəmmədəli qeyd etdi ki, eşitdiyimə görə İmam Mehdi (ə) Cəmkəran məscidinə xüsusi inayət göstərir, biz də onunla münis olmaq üçün məhz buranı seçdik.

Həyat yoldaşının da özü kimi İmam Zamanla (ə) daha artıq tanış olmasını və bu məqsədlə də o həzrətin barəsində kitablar mütaliə etdiyini bildirən Məhəmmədəli Ələmdarın bütün müsəlmanlaradan bir istəyi var: İnsanların üzləşdiyi problemlərin həllinə xatir İmam Zamanın(ə) gəlişi üçün çoxlu dua etsinlər. shabestan.ir/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930