HAQQI GİZLƏTMƏK
Mьəllif: admin1
Tarix: 29-11-2017, 19:26
HAQQI GİZLƏTMƏK
Günahın mədəniyyətlə bağlı səbəblərindən biri də həqiqətin, yüksək səviyyəli elmi biliyin və yaxud hər hansı bir mənəvi dəyərin ört-basdır edilməsidir. Bunun nəticəsi isə cəmiyyətdə haqqın və ədalətin, yüksək əxlaqi keyfiyyətlərin aradan getməsi olacaqdır. Quran, Allah təbarək və təala tərəfindən gələn həqiqətləri gizlədənlərlə mübarizə aparmışdır.

«Bəqərə» surəsinin 42-ci ayəsində oxuyuruq:
«Haqqa nahaq (batil) don geyindirməyin, haqqı bilərəkdən gizlətməyin».

Bu surənin 159-cu ayəsində isə haqqı gizlədən şəxslər, Allahın lənətinə düçar olanlar kimi qeyd olunmuşlar.
«Göndərdiyimiz aşkar dəlilləri, haqq yolunu insanlara kitabda bəyan edəndən sonra bunları ört-basdır edənləri Allah və bütün lənət edənlər lənətləyir.»

İslam Peyğəmbəri (s) buyurur:
«Hər bir şəxsdən bildiyi bir mətləb soruşulduqda o, cavab verməkdən boyun qaçırsa, qiyamət günü atəşdən olan ip onun boynuna atılacaq». (Məcməül-bəyan, 1-ci cild, 240-cı səh. Səfinətül-bihar, 2-ci cild, 470-ci səh.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930