Əhli-sünnə, vəhhabilər və təkfirçilərin fərqi
Mьəllif: admin1
Tarix: 22-11-2017, 11:04
Əhli-sünnə, vəhhabilər və təkfirçilərin fərqi
Sünni qardaşlarımızın sayı təxminən 1.300 milyondur. Onlar müsəlmanların böyük əksəriyyətini təşkil edir.

Əhli-sünnə cəmiyyətinə baxdığımız zaman rahatlıqla anlamaq olar ki, bu məzhəb fiqhi, kəlami, ideoloji meyarlar əsasında müxtəlif qrup və partiyalara bölünür. Bu qrupların heç biri xərçəng şişi olan təkfirçilikdən sığortalanmayıblar.
Terror qruplaşmaları əhli-sünnə məzhəbinin kiçik qrupu sayılan sələfilərdən ibarətdir, lakin saylarının azlığına baxmayaraq, ABŞ, İsrail və muzdurlarının maliyə dəstəyi ilə islam cəmiyyətinin böyük problem və böhranına çevrilib.
Əhli-sünnə məzhəbini bir baxımdan 3 hissəyə bölmək olar:
Adi,
Sufilər,
Sələfilər.
1.Adi əhli-sünnə qruplaşması 4 əsas firqəyə qulluq edirlər. Onlar ifrat və təfritdən uzaqdırlar. Bu firqələr arasında olan adət, ənənələrdə fərqliliklər müşahidə olunur. Bu qrup əhli-sünnənin 60%-ni təşkil edir.

2.Süfilər: Ümumi olaraq müsəlman sufilərin əksəri əhli-sünnə məzhəbinə qulluq edir. Sufilərin kökünü hicrətin 2 və 3-cü əsrlərində müşahidə edə bilərik. Hazırda 100-ə yaxın sufi firqəsi mövucuddur. Onlar 450 milyona yaxın cəmiyyətə malikdirlər.
Sufilərə görə, Allaha çatmaq üçün ən yaxşı yol sufilikdir və insan təfəkkür, düşüncə və seyr-sülukla yaradılışın əsas hədəfinə çata bilər. Lakin zaman keçdikcə bidətlər və müxtəlif düşüncələr bu firqəyə yoluxdu və qeyri dini və ifratçı adət, ənənələrin yaranmasına səbəb oldu.

3.Vəhhabiyyət: Sələfi düşüncəsi miladın 19-cu əsirinin ikinci yarısından, Osmanlı imperatorluğunun süqutu və müsəlmanların zillətindən sonra yarandı. Bu təfəkkür Qərb ölkələrinin müsəlman cəmiyyətlərinə mədəni, siyasi və iqtisadi hücumundan sonra aşılandı.

Macəra belə idi ki, müüsəlmanların olduğu böhranlardan xilas olamaları üçün saleh keçmişlərinə geri qayıtmaları labüddür. İlkin olaraq bu məsələ nəzəriyyə olaraq təqdim olundu, lakin yavaş yavaş müsəlmanlar arasında nüfuz tapdıqdan sonra, düşmən bu düşüncədən istifadə edərək, digər məzhəbləri rədd etdi. Beləliklə bu düşüncəyə qulluq edənlərdən başqa bütün müsəlmanlar, islam dairəsindən kənar hesab olundular.

Bugünədək bu düşüncə çoxlu tərəfdar toplaya bilməyib və sələfilər əhli-sünnənin çox az hissəsini təşkil edir. Lakin bütün bunlara baxmayaraq təkfirçi düşüncələrinə söykənərək, öz idealarını bütün islam cəmiyyətinə yeritməyə çalışırlar. Belə olan halda əhli-sünnə və təkfirçi qruplar arasında fərq qoymaq lazımdır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930