BÖYÜK GÜNAHLAR İMAM SADİQİN (Ə) HƏDİSLƏRİNDƏ
Mьəllif: admin1
Tarix: 5-11-2021, 10:43
BÖYÜK GÜNAHLAR İMAM SADİQİN (Ə) HƏDİSLƏRİNDƏ
Günah üçün yalandan and içmək. Rəbbimiz buyurur:

«Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!» (Ali-imran, 77.)

Müharibə zamanı müsəlmanların ələ keçirdiyi qənimətə xəyanət etmək. (Ona görə ki, bu qənimət orada iştirak edən müsəlmanların arasında bölüşdürülməlidir.) «Ali-imran» surəsinin 161-ci ayəsində oxuyuruq:

«Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!»

Vacib olan zəkatı verməkdən boyun qaçırmaq.

Allah-təala buyurur: «Cəhənnəm odunda qızaran bu qızıl-gümüş ilə onların alnı, böyrü, beli dağlanan gün onlara deyəcəklər: «Özünüzə yığdığınızdan dadın!» (“Tövbə”, 35.)

Yalandan şəhadət vermək və habelə özünün şahid olmasını inkar etmək (yəni əgər bir şəxs müəyyən bir hadisənin şahidi olubsa, məhkəmə zamanı özünün şahid olmasını inkar etmək). Bu barədə Quranda oxuyuruq:

«Hər kəs gördüyünü (məhkəmə zamanı) gizlətsə onun qəlbi günahkardır». (“Bəqərə”, 283.)

«Ey iman gətirənlər! Şərab (içki), qumar, bütlər, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!» («Maidə» surəsinin 90-cı ayəsində bu mətləbə işarə olunmuşdur.)

Bilərəkdən Allahın insanlara vacib etdiyi əməlləri, o cümlədən namazı tərk etmək. Çünki İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurur:
«Hər kəs bilərəkdən namazı tərk etsə, Allahın və Onun Peyğəmbərinin (s) əhd-peymanından bizar olmuşdur.»

Əhdə vəfa qılmamaq və yaxın qohum-əqrəba ilə rabitəni kəsmək. Allah-təala «Furqan» surəsinin 25-ci ayəsində bu məsələlər haqqında buyurur:

«Onlar (əhdə vəfa qılmayanlar və qohumluq rabitəsini pozanlar) üçün lənət olsun və onların axirətdə yeri çox pisdir».

Bu hədisi rəvayət edən şəxs deyir: İmam Sadiq (ə) bura çatanda Əmr ibn Übeyd imamın sözlərinin təsirindən ağlayıb nalə çəkən halda oranı tərk etdi. Lakin gedərkən dilində bu cümləni təkrar edirdi:

«Həlak olsun o şəxs ki elmi olmadan nəzər verə; və həlak olsun o şəxslər ki, siz imamlarla elm və fəzilətdə üzbəüz dura» (yəni həlak olsun sizin düşmənləriniz).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930