19 kəbirə günahı tanıyaq
Mьəllif: admin1
Tarix: 12-06-2022, 16:53
19 kəbirə günahı tanıyaq

İmam Kazım (ə) buyurur: “Əmr ibn Ubeyd Bəsri İmam Sadiqin (ə) yanına gəlir. Salam verib əyləşir. Bu ayəni tilavət edir:
«وَ الَّذینَ یجْتَنِبُونَ کَبائِرَ اْلإِثْمِ وَ الْفَواحِشَ»

Ayənin qalanını oxumaqdan çəkinir. İmam Sadiq (ə) soruşur: “Niyə sükut etdin?”. Deyir: “İstəyirəm ki, kəbirə günahları əvvəl Qurandan tanıyım”.

Həzrət (ə) buyurur: “Eybi yoxdur. Ey Əmr! Böyük kəbirələr bunlardır:

1. Allah Təalaya şirk edəsən. “Şübhəsiz, Allah Ona şərik qoşana cənnəti haram edər və onun qalacağı yer oddur”. (“Maidə” 72).

2. İlahi rəhmətdən ümidsiz olmaq. «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87).

3. Allah Təalanın məkrindən amanda bilmək. “Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir”.(“Əraf” 99).

4. Ağvalideyn olmaq. İsanın (ə) dilindən buyurur: “Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib”. (“Məryəm” 32).

5. İnsanı qətl etmək. “Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası cəhənnəmdir ki, orada əbədi qalacaqdır”. (“Nisa” 93).

6. Günahsız qadına zina nisbəti vermək. “Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır”. (“Nur” 23).

7. Yetim malını yemək. “Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər”. (“Nisa” 10).

8. Müharibədən qaçmaq (fərarilik). “Onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı cəhənnəmdir”. (“Ənfal” 16).

9. Sələm yemək. “(Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 275).

10. Cadugərlik. “Həqiqətən, (yəhudi tayfası) belə bir əməli (cadugərliyi) satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər”. (“Bəqərə” 102).

11. Zina. “Kim bunları (zinanı) etsə, (ağır) bir cəza ilə qarşılaşar. (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar”. (“Furqan” 68-69).

12. Yalan. “Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur”. (“Ali-İmran” 77).

13. Qəniməti oğurlamaq. “(Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir”. (“Ali-İmran” 161).

14. Vacib zəkatı verməmək. “O gün ki, onlar (həmin qızıl-gümüş) cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq”. (“Tövbə” 35).

15. Yalandan şəhadət vermək. “(Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır”. (“Bəqərə” 283).

16. Şərab içmək.

17. Namazı bilərəkdən tərk etmək.

18. Allahın vacib buyurduğu hər əməli tərk etmək.

19. Qohumlarla əlaqəni kəsmək”.

Əmr İmamın (ə) xidmətindən ayrıldı və ağlamaq səsi ucaldı.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930