İmam Əlinin (ə) həqiqi dostu belə olur
Mьəllif: admin1
Tarix: 21-07-2022, 00:01
İmam Əlinin (ə) həqiqi dostu belə olur
Cəməl döyüşünün əvvəlində İmam Əli (ə) çalışırdı ki, qan tökülməsinin qarşısını alsın və sülhlə həll olsun.

Ancaq düşmən fitnə ardınca idi.

İmam (ə) hüccətini tamamlamaq üçün, üzünü dostlarına çevirib buyurdu: "Sizin aranızda kimsə vardırmı ki, Quranı əlinə alsın və düşmən ordusunun qarşısında dayansın? Düşmən ordusunu Qurana dəvət etsin?”.

Müslim Məcaşi adlı bir cavan irəli gəldi və dedi: "Mən hazıram”.

İmam (ə) buyurdu: "Əgər bu işi görsən və Quranı götürüb yuxarı qaldırsan, əlini qət edəcəklər. Əgər o biri əlinə alsan, onu da qət edəcəklər”.

Müslim dedi: "Yenə də hazıram”.

İmam (ə) Quranı ona verdi.

O, ordunun qarşısına çıxdı və Quranı sağ əlinə alıb fəryad çəkdi: "Əli (ə) sizi bu Qurana dəvət edir”.

Hələ sözü sona çatmamışdı ki, sağ əlini qət etdilər. O, Quranı sol əlinə götürdü və onu da qət etdilər. O, Quranı sinəsinə sıxdı və çənəsi ilə saxlayıb, onları Qurana dəvət etdi.

Düşmən ordusu ona hücum çəkdi və onu tikə-tikə etdilər. Bu yolla şəhid oldu.

Bu hadisədən sonra İmam (ə) artıq hüccətini tamamlamış oldu və hücum etmək üçün əmr verdi.

Bəli, Müslim Məcaşi İmam Əlinin (ə) həqiqi dostlarından idi ki, qəhrəmancasına bu cür şəhadətə çatdı.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930