Məsumeyi-Qum şəhərinin adı niyə belədir?
Mьəllif: admin1
Tarix: 11-05-2024, 11:07
Məsumeyi-Qum şəhərinin adı niyə belədir?
İmam Sadiq (ə) nəql edir: "Atam cəddindən nəql edir ki, buyurub: "Peyğəmbər (s) buyurur: "O zaman ki, mən səmaya seyr etdim, Cəbrayil (ə) məni sağ çiynində həml edirdi.

Gözüm qırmızı rəngli bir abidəyə dəydi ki, rəngi zəfərandan da gözəl, iyi müşkdən də ətirli idi. Həmin abidədə qoca bir şeyx əyləşmişdi ki, başına uzun papaq qoymuşdu.

Cəbrayilə (ə) dedim: "Bu qırmızı rəngli abidə ki, rəngi zəfərandan gözəl və iyi müşkdən ətirlidir, nədir?”.

Cəbrayil (ə) dedi: "Bura sizin Əhli-Beyt (ə) davamçılarının və vəsiniz Əlinin (ə) davamçılarının məkanıdır”.

Cəbrayilə (ə) dedim: "Bəs bu şeyx ki, başında uzun papağı vardır, kimdir?”.

Cəbrayil (ə) dedi: "O, İblisdir”.

Dedim: "O, Əhli-Beyt (ə) davamçılarından nə istəyir?”.

Cəbrayil (ə) dedi: "İstəyir ki, onları Əmirəl-möminin (ə) vilayətindən və dostluğundan saxlasın. Onları fəsada dəvət etsin”.

Ona dedim: "Ey Cəbrayil! Onlara tərəf aşağı enək”.

İşıq sürətilə onlara tərəf aşağı endik. İblisə dedim: "Qum, ya məlun!”. (Yəni, dayan, ey məlun!).

Əhli-Beyt (ə) davamçılarının düşmənlərinin malında, övladında şərik ol, nəinki onların mal və övladlarında. Çünki mənim davamçılarıma və Əlinin (ə) davamçılarına sənin əlin çatmaz. Onlara hakim olmayacaqsan”””.

Ona görə də bu məkan o gündən sonra Qum adı ilə məşhur olmağa başladı.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031