Bəqidə İmamların ziyarətgahını dağıdanlar və təmir edənlər kimlərdir?
Mьəllif: admin1
Tarix: 3-07-2017, 18:50

 Şəvvalın 8-i Bəqi qəbirsanlığı və orada yerləşən imamların barigahının vəhhabilər tərəfindən dağıdılan günüdür

 

İslaminSesi.info - 1926-də vəhhabilər Mədinəni ələ keçirdikdə Bəqi qəbirstanlığında dəfn edilən imamların(ə) qəbirlərinin üzərindəki məqbərələri dağıdıblar. Həmin gün şəvval ayının 8-ə təsadüf edirdi. Bu günün adı "Yovm əl-Hədm"(dağıdılma günü) adlanır.

 

Məkkəyə hakim kəsildikdən sonra başda Xanım Xədicənin(s.ə) qəbri olmaqla İslam tarixinin parlaq şəxsiyyətlərinin qəbirlərinin üzərindəki barigahları dağıdan vahhabilər, Mədinəni ələ keçirdikdən sonra oradakı imamların(ə) qəbirləri üzərindəki məqbərələr başda olmaqla Bəqi qəbirstanlığında dəfn edilən bütün möhtərəm şəxslərin, həmçinin Uhud şəhidlərinin qəbirləri üzərində tikilmiş məqbərələri dağıtmışlar. Bununla kifayətləməyən vəhhabilər Ciddədə Həvva xanıma mənsub olan barigahı, Məkkə və Mədinə yolunda yerləşən peyğəmbərin atası Abdullah və anası Aminənin qəbirləri üzərində olan barigahları da dağıtdılar.

 

Tarixi faktlara görə Bəqi qəbirsanlığında 4 imamın və peyğəmbərin əmisi Abbasın məzarı üsütündə tikilən barigah ilk dəfə Abbasi xəlifəsi Mustarşid Billah tərəfindən inşa olunur. Daha sonra 519-ci hicri qəməri tarixində təmir edilir. İkinci təmir 623-cü hicri ilində xəlifə Mustansir Billah tərəfindən aparılır. Üçüncü təmir 13-cü əsrin əvvəlində Osmanlı hakimi Sultan Mahmud tərəfindən əmr edilir və təmir baş tutur.

 

Bir sözlə demək olar ki Bəqi qəbirsanlığında Abbasın və 4 imamın məzarı üstündə olan barigah 800 il qalır. Lakin 1926-da Mədinəni tutan vəhhabilər müsəlmanların əsrlərlə bu barigahlara hörmətinə göz yumaraq, inadlarından və kinlərindən irəli gələrək, onu dağıdırlar.

 

Faktlara əsasən Bəqi qəbirsanlığında barigahların dağıdılması fətvasını vəhhabilərin o zamankı qazisi şeyx Abdullah bin Balhid 1826-ci ilin ramazanında verir. O bu fətvada İbni Teymiyyənin fiqhi əsaslarına və Məhəmməd bin Əbdül-Vəhhabın fətvalarına əsaslanır . Bu fətvadan sonra Mədinə Məkkə, Taif, Nəcd və Ciddə əyalətlərində bütün barigahlar və zərihlər dağıdılır.

 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930