Şəvval sözünün mənası nədir?
Mьəllif: admin1
Tarix: 27-06-2017, 19:45

 Şəvval hicri- qəməri ilinin onuncu ayıdır. Ondan öncə Ramazan sonra isə Zil-qədə ayı gəlir.

 

Bu aya Şəvval əl-Mükərrəm (Əziz şəvval) də deyilir.

 

Bu aya niyə şəvval deyilir?

 

Bu haqda Məhəmməd peyğəmbərdən (s) nəql edilmiş hədisə diqqət yetirmək lazımdir.

 

İlk növbədə onu demək lazımdır ki, şəvval ərəb dilində "şəul” "ət-Təşvil” kökənli kəlmə və aradan qalxmaq, qaldırmaq, anlamındadır. Lüğət kitablatında deyilir ki bu ifadə daha çox dəvə ac olarkən quyruğunu qaldırmaq halına itlaq olunur.

 

əl-Muraqibat əsərində gələn hədisdə deyilir. "O şəvval adlanır, çünki həmin ayda möminlərin günahları aradan qalxar”

 

Hədislərə əsasən möminlər Ramazanda tutduqları orucun mükafatını Fitr bayramında yəni şəvvalın birində alarlar. Onların mükafatları da günahlarının aradan qalxıb məhv olmasıdır. Bu şəvvalın ilk günündə baş tutur.

 

İmam Səccad buyurub: "Qədr gecəsinin fəziləti Qədr gecəsindən elə də az deyil”.  Yəni şəvvalın birinci gecəsində saxlanılan əhya gecələrinin fəziləti Ramazanda olan Qədr gecəsinin fəzilətindən heç də az deyildir.

 

(İslaminSesi)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930