Təqvanın 3-cü mərtəbəsinə necə çatmaq olar?
Mьəllif: admin1
Tarix: 6-06-2022, 12:35
Təqvanın 3-cü mərtəbəsinə necə çatmaq olar?
Təvqa – ən üstün mənəvi kamaldır ki, başqa mənəvi kamallar kimi mərtəbələrə və dərəcələrə malikdir. Əxlaq alimləri təqvanın 3 mərtəbəsini bizə tanıtmışdılar ki, onlara işarə edək:

1. Nəfsi cəhənnəm əzabından qorumaq. Bu mərtəbə saleh əməl yerinə yetirmək, haramları tərk etmək, düzgün əqidəyə malik olmaqla hasil olar.

Çünki, təqva dedikdə, sadəcə nəfsi günahdan saxlamaq nəzərdə tutulmur. Təqvanın həm əqidəyə yolu vardır və həm də qeyri-əqidəyə.

2. Təqvanın ikinci mərtəbəsi budur ki, günahları tərk etməklə yanaşı, şübhəli və məkruh əməllərdən də uzaq olmaq lazımdır.

3. Təqvanın üçüncü mərtəbəsi budur ki, bədən üzvlərini haramdan saxlamaqla yanaşı, qəlbi şübhəli və məkruh əməllərdən də qorumaq lazımdır. Günah və çirkin işlər düşüncəsini qəlbə buraxmamaq.

Əlbəttə, insan bacardığı qədər təqvanın bu mərtəbələrini əldə etmək üçün səy göstərməlidir və bu mərtəbələrin hər biri mömin üçün xeyir və qənimətdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930