Zənndən uzaq olmaq
Mьəllif: admin1
Tarix: 24-06-2017, 15:44

      Cahil cəmiyyətdə bir çox insanlar gündəlik həyatını, ayrılmaz hissələrə çevirmiş bəzi pis vərdişlərə sahibdir. Bunlar insanın başqaları haqqında müxtəlif mənfi zənnlərə düşməsi, təcəssüs etməsi, yəni onun maraqlandırmayan şeyləri gizlincə öyrənməyə çalışır, qetbət etməsi, yəni başqa adamlar haqqında dedi-qodu etməsi, onları çəkişdirməsidir. Sözü gedən bu üç davranış ümumiyyətlə bir-biri ilə bağlıdır. Çünki qeybət edən, yəni bir insanın arxasınca danışan adam onun haqqında sözsüz ki, pis zənnə sahibdir. Eyni şəkildə təcəssüs edən bir adam da müxtəlif zənnlərlə belə bir rəftar edir.

     Quran əxlaqında isə bu kimi çirkin davranışlara yer yoxdur. Allah taala möminləri bu cür işlərdən çəkinmələrini buyurur;

     Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!  Hucurat 12

     Mömin insan Rəbbimizin sevmədiyi davranışlardan gün ərzində qəti şəkildə qaçır. Başqa bir adamın haqqında pis niyyətlə araşdırma apararaq məlumat toplamağa çalışmır. Orada olmayan bir kimsə haqqında xoş olmayan, doğruluğa əmin olmadığı və eşidən adamın qəlbini qıracaq sözlər söyləmir. Məlumatı olmadığı halda bir insan haqqında gömana düşüb zənnə qapılmır. Bir insan haqqında mılumatı olmayan bir məsələ ilə əlaqədar düşüncələri həmişə xeyir yönündədir. O adamın yaxşı və gözəl cəhətlərini düşünür və danışır. Allah taala həmçinin möminlərin doğruluğuna qəti olaraq əmin olmadıqları bir mövzu ilə bağlı xeyirli izahatlar verməyin vacibliyinə Quranda möminə atılan iftiraya olan cavabı nümunə göstərərək belə işarə edir;

    
Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: 'Bu, açıq-aydın bir böhtandır!' – deməli deyildilərmi? Nur 12

     Mömin insan dostları və ətrafındakı insanlar haqqında daim yaxşı düşünməyə, xeyirli olanı danışmağa və insanları da buna istiqamətləndirməyə çalışır. Ancaq insan dünya həyatındakı imtəhana görə unutqan yaradılmışdır və xəta edə bilər. Amma bu səhv davranışını dərk edəndə dərhal Allahın rəhmətinə sığınaraq bağışlanma diləyir.

 



                                                                                         HAMZA  MARNEULI


 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930