Tövbə surəsi niyə Bismıllahsız başlayır?
Mьəllif: admin1
Tarix: 18-06-2022, 11:18
Tövbə surəsi niyə Bismıllahsız başlayır?
Qurani-Kərim rəbbimizin yer əhlinə olan misilsiz bir rəhmətidir. Bu müqəddəs kitab özündə 114 surəni hifz edib.

Demək olar ki kitabın bütün surələri bismilləhir-rahmənir-rahim kəlamı ilə başlayır. Bu bərəkətli kəlamın mənası cox genişdir. Amma ümümi şəkildə ifadə etməyə çalışsaq Rəhman və Rəhim olan yəni Mərhəmətli olan Allahın adı ilə, mənasına gəlir.

Bu kəlam nəinki Quran surələrinin əvvəlində, hətta bütün işlərimizin, bütün həyatımızın hər mərhələsinin əvvəlində olsa daha xeyirli olar.

Bu surələr arasında yeganə tövbə surəsidir ki, bismillahsız başlayır. Quran təfsirçiləri bu barədə müxtəlif fikirlər söyləmişlər. Fikirlər müxtəlif olsa da, ümulikdə böyük ziddiyyət təşkil eləmir.

1- Tövbə surəsi Quranda doqquzuncu surədir, ondan əvvəlki isə Ənfal sürəsidir. Bir qisim təfsir alimləri bu iki surəni birlikdə bir surə hesab etmişlər və Tövbə surəsini Ənfal surəsinin davamı hesab etmişlər.

Cünki bu iki surə arasında olan əlaqələr digər surələrdə olduğundan daha artıq nəzərə carpır. Həm də məsələləri bir biri ilə sıx əlaqəlidir. Bu rabitə və bağlılıq bu fikri söyləməyə əsas verir.

2- Digər alimlər Tövbə surəsini Ənfal surəsinin davamı deyil, əksinə müstəqil bir surə bilmişlər. Bu surənin Bismillah deyilmədən başlamasını Həzrəti Əlinin(ə) bir hədisi ilə əlaqələndirirlər.

O Həzrət byurub: "Bismilləhir Rəhmanir Rəhim aman və rəhmət kəlməsidir. Bu surənin(Tövbə) əvvəlində olan Bəraət kəliməsi isə qılınc vasitəsi ilə əmin amanlığın götürüləcəyinə işarədir.” (Məcməal-Bəyan cild-3. Səh-7).

Bu kimi hədislərə əsasən alimlər Tövbə surəsini müşrük və bütpərəstlərlə əlaqəni kəsməyə, onlardan uzaq olmağa, artıq bütpərəstliyin və şirkin kökünün kəsiləcəyinə bir işarədir.

Bu surə artıq digər surələrdən fərqli olaraq ilahi qəzəblə başlayır. Ona görə də mərhəmət və amanlığın işarəsi olan Bismillahir Rəhmənir Rəhim, kəlamı bu surənin əvvəlində deyilməyib.

3- Qurani-Kərimdə 114 surə var və həmçinin 114 dəfə də Bismillahir-rəhmənir-rəhim zikr olunub. Tövbə surəsində bismillahın olmamasına baxmayaraq, Nəml surəsində Həzrəti Süleymanın Səba hakiminə yazdığı məktubun əvvəlində Bismillahir-rəhmənir-rəhim, olduğu üçün və surənin özü də Bismillahla başladığı üçün bu surədə iki dəfə olur.

Bu da Qurani Kərimdə surələrin sayı ilə (114) Bismillahir Rəhmanir Rəhim kəliməsinin sayının (114) eyni olması deməkdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930