Quranın xeyməsi sayılan surə
Mьəllif: admin1
Tarix: 11-08-2020, 15:44
Quranın xeyməsi sayılan surə
Quranın surələrindən biri Həzrət Peyğəmbərin (s) buyurduğuna görə "Quranın xeyməsi” hesab olunur və bu surə mübarək ”Bəqərə” surəsidir.

Bu surənin başqa adları da vardır, o cümlədən: Seyyidil-Quran, Kürsü, Zəhra. Çünki hidayət yolunu adlandıran surədir.

Həzrət Peyğəmbər (s) buyurur: "Quranın ən uzun surəsi Tövrat yerinə mənə əta olunmuşdur”. Peyğəmbərə (s) sual verirlər ki, ən üstün surə hansıdır, buyurur: "Bəqərə”.

Baxmayaraq ki, Quranın başqa surələri də üstün surələr kimi tanıdılmışdır – "Həmd” surəsi kimi – ancaq "Bəqərə” surəsinin üstün olması ilə heç bir təzad təşkil etmir.

Hər birinin üstünlüyü özünəməxsus cəhətdəndir. Bu sahədə üstün olmaq nisbi mövzudur. Misal üçün, "Həmd” surəsinin üstün olması ona görədir ki, qısa şəkildə Quran maarifini əhatə etmiş və ona görə də "Ümmül-kitab” adını almışdır.

"Bəqərə” surəsinin üstün olması isə o cəhətdəndir ki, bu surə geniş bir surədir və bu surədə maarif, əxlaq, hüquq, fiqh məsələri geniş şərh edilmişdir.

Ona görə də surələr arasında misilsizdir. Bəzi müsəlmanlar İslam dininin əvvəllərində səkkiz il çalışırdı ki, bu surəni əzbərləyə bilsin.

Bu surədə nurani ayələr vardır ki, misli-bərabəri yoxdur. O cümlədən "Ayətül-kürsü” bu surənin ayələrindəndir. "Ayətül-kürsü”nü "Quranın uca qalası” və "Ərşin xəzinəsi” də adlandırmışdılar.

"Ayətül-kürsü” ayəsində Allah Təalanın sifətləri bəyan olunmuş və Allahla bəndənin arasında olan rabitə təsvir edilmişdir.

Həzrət Peyğəmbər (s) bu ayə haqqında buyurur: ""Ayətül-kürsü” – Quranın üstün ayəsi, bütün dünya və axirət xeyirlərini əhatə edəndir”. İlahi ərş xəzinəsindən olub, Peyğəmbərə (s) əta edilmişdir.

İmam Sadiq (ə) buyurur: ""Ayətül-kürsü” – Quranın uca qalasıdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930