Ev alan məmura İmam Əli (ə) nə buyurdu?
Mьəllif: admin1
Tarix: 7-06-2022, 11:18
Ev alan məmura İmam Əli (ə) nə buyurdu?
Möminin üstün sifətləri çoxdur. Zahidlik və qənaət elə sifətlərdir ki, gərək mömində ən çox o sifətlərə rast gəlinsin. Xüsusilə də əgər insanlara rəhbərlik edir və beytul-mala nəzarət edirsə.

Əmirəl-mömininə (ə) xəbər verirlər ki, onun işçilərindən biri ki, adı Şərih Qazi idi, 80 dirhəm məbləğində ev satın almışdır. İmam (ə) onu yanına çağırır və qəzəbli baxışlarla ona buyurur: "Əgər evi satın alan zaman mənim yanıma gəlsəydin, sənə elə bir sənəd yazardım ki, onu almaq üçün nə dirhəmə və nə də ondan artığına rəğbət etməzdin.

O sənədi belə yazardım: Bu, o evdir ki, xar bəndə köçməkdə olan ölüdən satın almışdır. Bu ev – qürur evidir ki, məhv olanların məhəlləsində, həlak olanların küçəsində qərar tutur. Bu ev dörd cəhətlə sonlanır:

- Bir tərəfi bəlalarla.

- İkinci tərəfi müsibətlərlə.

- Üçüncü tərəfi süst edən hava və nəfsani istəklərlə.

- Dördüncü tərəfi yoldan azdıran şeytanla xətm olunar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930