Allah Rəsulunun (s) Ramazan ayı barədə müsəlmanlara tövsiyələri
Mьəllif: admin1
Tarix: 7-06-2017, 22:25

 Abul-Vard həzrəti İmam Baqir (ə)dan nəql olunmuş bir hədisdə qeyd edir ki, Peyğəmbər (s) Şəban ayının axırıncı cüməsində camaat üçün xütbə oxudu və buyurdu:


" Ey camaat sizə doğru bir ay üz tutub gəlir. O ayda bir gecə var ki min aydan xeyirlidir. O Ramazan ayıdır.

Allah Təala bu ayda oruc tutmağı sizə vacib etmişdir. Həmin ayın bir gecəsində qılınan namazın savabı digər vaxtlarda qılınan yetmiş gecənin namazına bərabərdir.

Hər kim bu ayda Allah Taalaya xatir müstəhəbbi bir xeyir iş görə, onun mükafatı bir vacib əməlin savabı qədərdir. Bu ayda yerinə yetirilən vacib bir işin savabı digər aylarda görülən yetmiş vacibə bərabərdir. 

Bu ay səbr ayıdır. Hər kim bu ayda səbrli olarsa onun mükafatı behşitdir.

Bu ay köməklik ayıdır. Həmin ayda Allah Təala mömünlərin ruzisini artırır. Hər kim bu ayda bir oruc tutana iftar verə, Allah yanında bir qul azad etmiş kimidir. Onun keçmiş günahlarını bağışlanar”

Orda olanlardan biri dedi: Ey Allah Rəsulu (s) bizim hamımızın iftar verməyə gücümüz çatmır.

Allah Rəsulu buyurdu: "Allah Kərimdir. Allah tətta bir qurtum süd və ya su olsun, bir ədəd xurma olsun oruc tutana versə o da iftar edsə, Allah Təala bu savabların hamısından ona inayət eyləyər.

Hər kəs əlinin altında olanlarla xoş rəftar edə, Allah Təala da onun hesabını yüngül edər. Bu ayın əvvəli rəhmət, ortası bağışlanma, axırı duaların qəbulu və oddan qurtuluşdur.” (Səvabul əmal-143)


Y.Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930