Peyğəmbəmbərlərin bəşəriyyət üçün faydaları və vədləri
Mьəllif: admin1
Tarix: 22-05-2017, 22:27

  Peyğəmbərlər(ə) bəşərə müjdə verən və onları ilahi əzabdan qorxudandır. Müjdə və əzab dedikdə ilkin olaraq insanın zehninə axirət  aləmi gəlir. Görəsən peyğəmbərlər (ə) öz gətirdiklərində  yalnız axırətdənmi  bəhs ediblər? Həyatımızın başqa sahələrinə diqqət etməyiblərmi? 


Peyğəmbərlər (ə) və onların göndərilməsinin faydaları barədə islam alimlərinin yazı və fikirləri çoxdur. Onlardan biri də böyük islam mütəfəkkiri, həm dini, həm də təbiət elmlərində öz sözünü demiş, bəşəriyyətə misilsiz tövhələr vermiş mərhum Xacə Nəsrəddin Tusidir. Şeyx Tusi  özünün "Təcridul Kəlam” kitabında peyğəmbərliyin faydalaraını 10 başlıq altında yığcam şəkildə qeyd edib. Təbii ki, bunların hər birinin geniş izaha ehtiyacı vardır. O buyurur: Pəyğəmbərlərin (ə) göndərilməsinə bu faydalar şamildir: 

1-Ağılın dərk etdiklərini təsdiq edirlər
Yəni insan aləmi görür, nizamı görür, heyrətamiz yaradılışı görür və ağlı ilə fikirləşir ki, aləmin sahibi var, yaradanı, yiyəsi var. 
" De: 'Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” Ənam-6 
2-Ağılın müstəqil dərk etmədiklərini insanlara öyrədirlər
Məsələn ALLAH Təalanın aləmi yaratmağındakı hədəfini insanlara öyrədir. Yaxud insanın yaradılışındakı hədəf.  
"Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”  Zariyat-56 

3. Qorxunu aradan aparır
Peyğəmbərlərin təlimləri insanın  ölüm qorxusunu, düşmən qorxusunu, aclıq qorxusunu, xəstəlik qorxusunu, zalımdən qoxmağı, ümumiyyətlə dünya qorxusunu aradan aparır. İnsanlarda yalnız Allah qorxusu formalaşır.
Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin! Bəqərə-48 

4- İnsanlara əməllərində yaxşı və pisi tanıtdırır
Hər bir kəs yaxşını və pisi öz ağlı və düşüncəsinə görə təyin edir. Və zehnində özü üçün qurduğu yaxşı, pislə yaşayır. Həyatını ona görə qurur. ( Rüşvətə şirinlik deyən kimi). Hər kəsin öz düzlük meyarı vardır. Halbuki peyğəmbərlərin (ə) yaşam tərzi və söylədikləri düzlüyün əsl meyardır.
(Ya Rəsulum!) De: 'Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz! Əraf- 158 
5. İnsanlara faydalı və ziyanlı olanları tanıtdırır.
Peyğəmbərlər insanlara bəzi şeylərin həm mənəvi, həmdə fiziki xeyir və ziyanlarını öyrədirlər. Çünki onlar Həkim Allahın nümayəndələri dirlər.
(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlar da həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür'!  Bəqərə-219

Hətta peyğəmbər(s) və İmamlardan (ə) bizə çoxlu tibbi hədislər toplusu yetişib ki, insanı heyran edir.

İmam Sadiq (ə) öz nəsihətində Müfəzzələ buyurur: Ey Müfəzzəl bil ki, uşaqların ağlamağında onlar üçün fayda vardır ki, bu ağlamaqla beyin rütubəti xaric olur və onları gələcəkdə korluqdan və karlıqdan, çətin hadisələrdən qoruyur. Valideynləri isə bu ağlamağa narahat olub qarşısın alırlar.

6. İnsanlığı qoruyurlar…
Peyğəmbərlər insanları həm fərdi, həm də ictimai ədalətə, ictimai əxlaqa və sair dəvət etmiş, müharibə və zülmlərdən çəkindirmişlər. 

Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz izni ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!  Maidə-16 

7. İnsanları istedadlarına uyğun tərbiyyə edir.
"Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı.”   Ali İmran-37 

8. Peyğəmbərlər faydalı sənaye və elmləri təlim edirlər
Bəşər tarixində heç kim heç nəyi özü var eləməyib, yalnız rəbbinin ona öyrətdiklərini  bəşərə bir ilahi töfhə olaraq çatdırmışdır.
(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Bəqərə-31 
Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Bəqərə-251 
Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür! Nisa-113 
(Yusif) belə cavab verdi: Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Yusif-37 
Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. Ənbiya-21 
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.  Ələq-4 

9-Peyğəmbərlər insanlara əxlaq, siyasət və müdriyyəti öyrədir
Peyğəmbər (s) buyurur: Mən əxlaqı tamamlayib gözəlləşdirmək üçün məbus olunmuşam.
(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma! Nisa -104 
Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Yusif-76

10 - Peyğəmbərlər insanlara əməllərinin savab və cəzasının olduğunu bildirir

Bu insanı məsuliyyətli edir. Zülmdən, oğurluqdan, haramdan, yalandan, rüşvətdən, qumardan, iftiradan, bütün pisliklərdən çəkindırir.
"Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!”           Bəqərə-123 

Bəli Allah Təala bəşəriyyətin dünya və axirət səadəti üçün, insanların rifahı üçün öz elçilərini elm, hikmət, əxlaqla göndərib. Hər kəs həyatını öz düşüncəsinə və baxış tərzinə görə deyil, Allah-Təalanın göstərişlərinə görə qurub, nizamlasa heç kimə zülm olunmaz. Çünki insanın dünyada və axirətdə başına gələnlər öz əməllərinin nəticəsidir.

Qurani Kərim buyurur: İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.  Rum-30 

Y.Nuriyev
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031