Xəstəliklərə əlac tapan İsa peyğəmbərin (ə) müalicə edə bilmədiyi xəstə
Mьəllif: admin1
Tarix: 5-05-2017, 18:26

Allahın elçisi Məhəmməd Peyğəmbər buyurur: Camaatın ən axmağı yaxşılığı əsirgədiyi halda təşəkkür gözləyən, şər işləri edib, savab gözləyən və ən ağıllı olduğunu sanandır.

 

İmam Baqir axmaq insanlarla hansı şəkildə münasibət saxlamağı belə izah edir:

 

"Ey oğlum axmaq insanla yoldaşlıq etmək və onunla otur-dur etməkdən çəkin! Ondan uzaq dur və onunla diskusiya aparma! İstər yanında olsun ya qaib olsun eybli və iradlıdır. Əgər danışarsa axmaqlığı onu ələ verər. Bir iş görərsə və əcir tutularsa işi xarab edər. Onun öz elmi özünü görür, amma başqasının faydalı elmi ona fayda verməz. Ona nəsihət edənə qulaq asmaz. Onunla birgə olanın rahatlığı olmaz. Anası istəyərdi ki hamiləykən onu düşürərdi. Həyat yoldaşı istəyərdi ki onu itirərdi. Qonşusu evini uzaqlaşdırmağı istəyərdi...."

 

İmam Sadiq buyurur ki, İsa Peyğəmbər belə bir insanın və onun axmaqlığının müalicə edilməsi haqda buyurur:

 

"Xəstəlikləri müalicə edib, Allahın izni ilə şəfa verdim.Karı, koru müalicə etdim, ölünü belə müalicə etdim və Allahın izni ilə onu diriltdim, Axmağı da müalicə etməyə çalışdım amma islah edə bilmədim"

 

(əl-İxtisas  səh-221)

 

 

(İslaminSesi)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031