Yaddaşı gücləndirmək üçün...
Mьəllif: admin1
Tarix: 14-07-2022, 09:22
Yaddaşı gücləndirmək üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Ey Əli! Üç şey yaddaşı gücləndirir, bəlğəmi aradan qaldırır...Kundur, misvak, Quran qiraəti...

Kudu...

Həzrət (ə) buyurur: Kudu yeməyi yaddan çıxarmayın. Kudu ağılı gücləndirir... Kudu yeyin, o ağılı artırır, beyinin həcmini iriləşdirir... Başqa bir məqamda Həzrət Əliyə (ə) buyurur: Ey Əli! Kudu yeməyi yaddan çıxarma. Kudu beyin və ağılı gücləndirir.

Həzrət Peyğəmbər (s) çox Kudu yeyərdi. Bir gün Ənəs ondan soruşdu ki, deyəsən kudunu çox sevirsiniz? Bəli, çünki kudu beyin və ağılı gücləndirir.

Kərəfs...

Həzrət Peyğəmbər (s) buyurur: Kərəfs yeməyi unutmayın. Kərəfs düşüncəni gücləndirir... Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurdu: Övladım kərəfs ye.

Kərəfs peyğəmbərlərin, o cümlədən Xızır (s) və İlyasın (s) yediyi göyərtilərdəndir. Kərəfs kirəcləşmə və tıxaclanmanın qarşısını alır. Qəlbi təmizləyir, yaddaşı gücləndirir, dəlilik, cüzam, alanı aradan qaldırır, qorxunu uzaqlaşdırır...

Həzrət digər bir yerdə buyurur: Kərəfs İlyas (s), Yəsə (s) və Yuşə (s) ibn Nunun (s) yediyi göyərtidir, kərəfs yeyin.

Balın təsiri...

Həzrət Peyğəmbər (s) buyurur: Allah-Taala balı bərəkətli edib, onda xəstəliklərə şəfa var. Yetmiş Peyğəmbər (s) balın həmişə faydalı olmasını Allahdan istəyib...

Həzrət buyurur: Yeni doğmuş qadın üçün xurmadan, xəstəliklər üçün baldan yaxşı dərman yoxdur... Həzrət buyurur: İki dərmanı yaddan çıxarmayın: Bal və Quran!

Mərcinin təsiri...

Bir şəxs Həzrət Peyğəmbərə (s) ürəyi bərklikdən şikayətləndi. Həzrət (s) buyurdu: Mərci ye, mərci qəlbi yumşaldır, gözdən yaş gətirir...

Həzrət (s) buyurur: Mərci yeyin. Mərci qəlbi yuxalaşdırır, gözün yaşını artırır. Yetmiş peyğəmbər mərcini pak və müqəddəs sayıb...

Mərci bərəkətli və pakdır, qəlbi nazildir, gözə yaş gətirir. Yetmiş peyğəmbər, sonda İsa (ə) olmaqla mərcinin həmişə olmasını Allahdan istəyib.

İnək südü...

Həzrət Peyğəmbər (s) buyurur: Sizə inək südü içməyi tövsiyə edirəm. İnək hər otdan yediyi üçün südündə xəstəliklərə şəfa var... Həzrət (s) buyurur: Xəstəliklərinizi inək südü ilə sağaldın.

Ümid edirəm ki, Allah onda şəfa qərar verib. Çünki inək yarpaq və otlarla qidalanır... Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, inək südü ilə müalicə olarmı?

Həzrət buyurur ki, Allah bütün xəstəliklər üçün dərman qərar verib. Süd için, çünki inək hər ot və ağacdan yeyir... Həzrət (s) buyurur: Allah nə dərd göndəribsə, o dərdə dərman da göndərib. İnək südü dərdlərə dərmandır.

Sarımsaq..

Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (s) buyurur: Ey Əli (ə) sarımsaq ye. Əgər mələklərlə danışmasaydım mən də yeyərdim... Həzrət (s) buyurur: Sarımsaq yeyin, sarımsaqda 70 xəstəliyin dərmanı var.

Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930