Yaxşılığı cavablandırmağın 4 yolu İmam Səccadın (ə) kəlamında
Mьəllif: admin1
Tarix: 3-05-2017, 18:07

 Məxluqa təşəkkür etməyən sanki Allaha şükr etməyib. Bu o deməkdir ki, nə olursa olsun insanların yaxşılığını cavablandırmaq lazımdır. Cavabında edilən yaxşılıq birincinin eynisilə inhisarlaşmır. Sadə bir təşəkkürlə də yaxşılığı cavablandırmaq olar. Bu haqda İmam Səccadın (ə) yaxşılığı cavablandıran 4 yol haqda hədisini təqdim edirik.


 

İslaminSesi.info - əl-Xisal əsərində (səh-568) İmam Səccaddan (ə) yaxşılığı necə və hansı yollarla cavablandırmaq olar sualına cavab olaraq belə bir hədis nəql olunur:

 

İmam (ə) buyurur:

 

"Sənə yaxşılıq edənin sənin boynunda haqqı budur ki, ona təşəkkürünü bildirəsən. Onun yaxşılığını dilə gətirəsən, Onu yaxşılıqla xatırlayasan (digərlərinin yanında bunu deyəsən və onu yad edəsən), Özünlə Allahın arasında ixlasla onun üçün dua edəsən, Bunu etsən elə bil gizlində və aşkarda ona təşəkkür etmisən,  Daha sonra günlərin birində imkanın çatanda onu mükafatlandırarsan"


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031