Kərbəla inqilabının carçısı
Mьəllif: admin1
Tarix: 2-05-2017, 09:28

Kərbəla inqilabının carçısı


 İmam çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.





İmam Səccad (ə) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt (ə) əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.



Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt (ə) əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki, bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930