Nə üçün İmam Səccad (əleyhissəlam) qiyam etmədi?
Mьəllif: admin1
Tarix: 10-01-2016, 10:46
Nə üçün İmam Səccad (əleyhissəlam) qiyam etmədi?
Sual: Nə üçün İmam Səccad (əleyhissəlam) qiyam etmədi?

Cavab: İmam Səccad əleyhissəlamın dövrünün siyasi aləmi bir az aydın olduqdan sonra o Həzrətin nəyə görə qiyam etməməsini çox yaxşı başa düşmək olar. Cəmiyyət arasında hökm sürən qorxu diktatura və zalım Əməvi hökumətinin camaat üzərindəki güclü nüfuzu hər hansı bir hərəkat və silahlı mübarizəni məğlubiyyətə məhkum edirdi. Hətta kiçik hərəkatlar belə Əməvi casuslarının gözündən qaçmırdı. Necə ki bir gün Əbdülməlikin Mədinədəki casusu ona xəbər verdi ki Əli ibn Hüseyn əleyhissəlamın (İmam Səccadın) bir kənizi var idi. O kənizi azad etmiş sonra isə onunla evlənmişdir. Əbdülməlik İmam Səccad əleyhissəlama yazdığı məktubda bu işi İmam (əleyhissəlam) üçün nöqsan saymış və etiraz etmişdi ki nəyə görə İmam özünə tay olan bir qüreyşli qadınla evlənməmişdir? İmam Səccad (əleyhissəlam) onun cavabında yazdı: "Peyğəmbərdən böyük və üstün bir şəxs yox idi. O öz kənizi ilə evlənmişdi. Allah hər bir kiçikliyi İslamın sayəsində ucaldır və hər bir nöqsanı İslam vasitəsi ilə aradan qaldırır. Hər bir alçaq şəxs İslam sayəsində əzizlənir. Müsəlman olan heç bir şəxs alçaq deyil. Alçaqlıq ancaq cahiliyyət alçaqlığıdır.” Əbdülməlik bununla bildirmək istəyirdi ki İmamın hər bir işi hətta onun daxili və şəxsi işləri belə onun nəzarəti altındadır. Belə bir şəraitdə qiyam etmək necə mümkün ola bilər? Sanki İmam Səccad (əleyhissəlam) bu acı və dözülməz şəraiti duymuş və öz duasında Allah dərgahına belə buyurmuşdur: "Nə çox düşmənlər vardır ki düşmənçilik qılıncını mənə qarşı sivirmiş qılıncının və nizəsinin ucunu mənə vurmaq üçün itiləmişlər. Məhvedici zəhərlərini mənə içirtmək üçün piyaləyə tökmüş məni öz oxlarının hədəfi qərar vermiş və pusqu gözləri məni güdmək üçün yatmamışdır. Onlar hazırlaşmışlar ki öz zərbələrini mənə vurub zəhərlərini mənə içirsinlər.
İlahi çətinliklər və ağır əziyyətlər müqabilində gücsüzlüyümü mənimlə döyüşmək istəyənin müqabilində acizliyimi mənimlə düşmənçilik edib məni tora salmaq üçün pusquda olanların çoxluğu qarşısındakı təkliyimi nəzərə alıb mənə kömək etməyə başladın və mənə qüvvət verdin.”

İki çətin yolayrıcı
Deyilənlərdən belə məlum olur ki İmam Səccad (əleyhissəlam) Aşura hadisəsindən sonra iki çətin yolayrıcına yetişmişdi: Ya öz dostları arasında həyəcan və etiraz hissi oyatmaqla (bunu İmam Səccad (əleyhissəlam) çox asanlıqla yerinə yetirə bilərdi) çox qəti bir hərəkata əl atıb müxalifət bayrağı ucaldaraq inqilabi bir hadisə yaratmalıydı ki, bu inqilabın da davamlı və nəticəli olması üçün lazımi şəraitin olmaması məcbur edirdi ki İmam (əleyhissəlam) mübarizədən çəkinsin və meydanı Bəni–Üməyyə üçün azad qoysun. Ya da səthi etirazı, gözəl və ölçüb-biçilmiş tədbirlə cilovlamalı, ilk növbədə öz böyük işinin müqəddiməsini hazırlamalı yolgöstərici bir fikir və həmçinin, əsas işə başlamaq üçün yaxşı kadrlar (İslam həyatının işini təzələmək İslam cəmiyyətini və İslam nizam-intizamını yenidən qurmaq kimi işləri) hazırlamalıydı. O, Həzrət həmçinin, qısa bir vaxtda özünün və etibar etdiyi azsaylı dostlarının canını təhlükədən qorumalı düşmən qarşısında meydandan çəkilməməliydi. Öz həyatı boyu o Həzrət, Bəni–Üməyyə hakimiyyətinin axtarıcı və qorxu yaradan gözündən gizlində qalmalı, bu cəbhədə (yaxşı insanlar tərbiyə etmək və yolgöstərən bir fikir öyrətmək cəbhəsində) amansız ancaq gizli mübarizəyə məşğul olmalı sonra da şübhəsiz ki məqsədə yaxın olan bu yolu davam etdirərək özündən sonrakı İmama çatdırmalıydı. Məlumdur ki birinci yol fədailər yoludur. Ancaq məsləki uğrunda mübarizə aparan bir rəhbər özü də elə bir rəhbər ki onun işinin təsir şüası nə təkcə öz dövrü ilə məhdudlaşır hətta bütün tarixi əhatə edir və belə bir rəhbərin təkcə fədai olması kifayət etmir. O eyni zamanda hövsələli dözümlü uzaqgörən gələcəyi fikirləşən və tədbirli də olmalıdır. Bu şəraitin yığılıb toplanması ikinci yolu İmam Səccad (əleyhissəlam) üçün labüd edir.ixlas.az


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930