Bütün müsəlmanlar mömindir, yoxsa müsəlmanla mömin arasında fərq var?
Mьəllif: admin1
Tarix: 19-02-2022, 10:35
Bütün müsəlmanlar mömindir, yoxsa müsəlmanla mömin arasında fərq var?
“Nəsr” surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. “Hucurat” surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, “hələ ki, iman sizin qəlbinizə daxil olmayıb.”

Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mömin olmaq arasında fərq var.

Dindarlığın mərhələləri var: qızma, qaynama və bişmə. Həm isti, həm də qaynayan şey soyuya bilər. Amma bişmiş şey yenidən çiy ola bilməz.

Dinə daxil olmaq asandır. “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” deyən şəxs müsəlman olur. Bu qızma mərhələsidir.

Peyğəmbərin (s) səhabələri qaynar bir eşqlə cəbhəyə gedər və haqq yolunda canlarından keçərdilər. Bu, qaynama mərhələsi idi.

Amma Quran bu insanlara buyurur: “Ələ keçirdiyiniz qənimətin beşdə birini xüms ödəyin.” (Ənfal-41)

“Onların öz Rəbbi yanında dərəcələri vardır.”
(Ənfal-4) “İman gətirmədikləri halda “Allaha və qiyamət gününə iman gətirdik” deyənlər var.” (Bəqərə-8)

Bəli, şəhadət kəlmələrini deyənlər, hətta Peyğəmbərlə (s) çiyin-çiyinə vuruşanlar üçün qarşıda həqiqi imana aparan yol var. Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir.


Hazırladı: Ramin Əli.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930