Özünütərbiyə
Mьəllif: admin1
Tarix: 21-12-2016, 00:50
Özünütərbiyə

Başqalarını tanımasaq da özümüzü yaxşı tanıyırıq.
İmam Əli (ə) buyurub:
“İnsanların ən zəifi nəfsini saflaşdıra, özünü tərbiyə edə bilməyəndir”.

“Qürər əl-hikəm”, c. 2, səh. 436.

“Özünütərbiyə” - “qəbahətlər”dən “fəzilətlərə” doğru hərəkət, nöqsan və pisliklərin yerini yaxşılarla dəyişmək, tikanları çixarıb yerinə gül əkməkdir.
“Özünütərbiyə” praktiki olaraq başqalarını tərbiyələndirməkdən daha rahatdır. Çünki insan özünün ruhi hazırlıqlarına, psixologiyasına və xarakterinə daha yaxından bələddir və bu zəmində özünütərbiyə üçün həyata keçirilməsi lazım olanları başqalarının tərbiyəsi üçün lazım olanlardan daha yaxşı bilir.
Başqaları bizdən söz eşitməyə bilər, ancaq özümüz öz biliklərimizə, məsləhət gördüklərimizə əməl edib ağlımıza, vicdanımıza və ideoloji inanclarımıza tabe ola bilərik.
Başqalarını tanımasaq da özümüzü yaxşı tanıyırıq.
Demək, özünü islah edə bilməyən ən aciz insandır. Çünki özündə islahat aparmağa başqalarından daha çox zəmin var.
Yaxşı olar ki, “ictimai tərbiyə” şüarı verənlər, bir addım da özünütərbiyə üçün atsınlar, “özünütərbiyəni” başqalarının tərbiyəsi üçün başlanğıc etsinlər.
Tərbiyələndirməni özümüzdən başlayaq.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031