İNSAN ÖZ TƏBİBİDİR
Mьəllif: admin1
Tarix: 27-06-2021, 23:58
İNSAN ÖZ TƏBİBİDİR
Peyğəmbərlər, məsum İmamlar bəşəriyyətin tərbiyəsi üçün göndərilsələr də əsil məsuliyyət insanın öz üzərinə düşür.

İnsan nəfs xəstəliklərini, bu xəstəliklərin əlamətlərini, bu xəstəliklərin müalicə yollarını öyrətdikdən sonra özü özünə əlac etməlidir.

İnsan öz xəstəliyini başqalarından daha yaxşı hiss edir. Əgər o öz nəfsini gözləməsə, öyüd-nəsihətin heç bir faydası yoxdur.

İslam dininə görə nəfsin müalicəsi daxildən başlanmalıdır. Bu, İslamın mühüm tərbiyə üsullarından biridir.

“Qiyamət” surəsinin 14-cü ayəsində buyurulur: “Doğrusu, insan öz nəfsini daha yaxşı tanıyır.”

Həzrət Sadiq (ə) buyurur: “Sən öz nəfsinin təbibisən, Sənə dərd və onun əlamətləri bəyan edilmiş, davası tanıtdırılmışdır”;

Hər bir insanın daxilində nəsihətçin olsa, daim yaxşılıq içində olarsan.”

Həzrət Əli (ə) buyurur: “Ən aciz insan nəfsinin islah edə bilməyən insandır”; “İnsan öz nəfsinə sahib durmalı, daim qəlbini və dilini qorumalıdır.”

Hər hansı bir günahla üz-üzə dayanmış insanı bu günahdan kim qurtara bilər?! O günahı tanıyır, bu günah müqabilində itirəcəklərindən xəbərdardır.

O bilir ki, günahın ləzzəti bir anda ötüb keçəcək, ağrıları isə əbədi yük olacaq və əql “günahdan çəkin” deyir.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031