Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (IV bölüm)
Mьəllif: admin1
Tarix: 2-12-2016, 19:20
Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (IV bölüm)
İslaminsesi-nin Medyaşafak-a istinadla verdiyi məlumata görə, 1968-ci ildə Yəməndə dünyaya gələn İsam əl-İmad Səudiyyə Ərəbistanının universitetlərində təhsil almış və Bin Baz kimi öndə gələn sələfi alimlərindən dərs almış vəhhabi alimi idi.
O, şiəliklə tanış olduqdan sonra bu məzhəbi seçib. Təhsilini 1989-cu ildən bəri müqəddəs Qum şəhərində davam etdirən Doktor İsam əl-İmad bir çox kitab qələmə almış mühüm tədqiqatçıdır.

Sual 7: İbadətin tərifində xəta etdilər və müsəlmanların qanını mümkün saydılar
Əzhər Şeyxi İmam Kudai təxminən yüz il əvvəl Sələfilik haqqında əhəmiyyətli bir görüş bəyan edib. İmam, "Bürhan" adlı kitabında Vəhhabi məzhəbini oxumağın haram olduğunu yazıb. Sələfi qardaşlarıma, bu məsələ haqqında düşünməsini tövsiyə edirəm. İmam Küdai bu məzhəbi oxumağı niyə qadağan edir? Misirli Əzhər Şeyxi Kudai, məsələ haqqında son dərəcə mühüm bir nöqtəyə toxunur: "Vəhhabi məzhəbinin oxunmaması lazımdır, çünki Məhəmməd Əbdulvəhhabın ardıcılları müsəlmanların qanını axıdır, başlarını kəsir, qadınların rəhmlərini parçalayır və müsəlmanları kafir elan edirlər".

İmam bunu 70 il qədər bundan öncə xəbər verir. İmama görə onlar "ibadət" məfhumunun səhv anlayırlar. Bunu mən demirəm, İmam Kudai şəxsən məsələ haqqında bu ifadələri istifadə edir: "Siz (vəhhabilər) ibadət anlayışını anlamaq məsələsində səhv edirsiniz. İbadətin Qurani və şəri mənası ilə lüğət mənası arasındakı fərqini düzgün şəkildə ayıra bilmirsiniz. Nə üçün həcc kəlməsinin ərəb dilində fərqli bir məna olduğunu və Quran dilində şəri başqa bir mənaya gəldiyini deyirsiniz? Eyni şəkildə, oruc və zəkatın lüğəvi mənası ilə şəri mənalarının ayrı olduğunu iqrar edirsiniz. Elə isə nə üçün həccin, zəkatın və orucun lüğət və şəri mənalarının fərqli olduğunu qəbul edib, ibadət sözünün lüğət və şəri mənaları olduğunu inkar edirsiniz?"

İbadət anlayışın mənası mühümdür, çünki əgər vəhhabilərdəki kimi ibadətin dil mənası ilə şəri mənalarının eyni olduğu şəklində bir anlaşılmazlıq ortaya çıxarsa, bu, milyonlarla müsəlmanın öldürülməsinə səbəb olur. İmam Kudainin ortaya atdığı fikri haqqındakı düşüncə tərzimizi yeniləməliyik. Çünki vəhhabilərin düşdüyü bu səhv, qəbul görülə biləcək adi bir səhv deyil. Bir milyondan çox müsəlmanın öldürülməsinə yol açmışdır.

Sual 8: Sələfilər Hz Rəsulullahın (s) sevgisinin dadından xəbərsizdirlər
Toxunmaq istədiyim digər məsələ də yolundan getdiyimiz Həzrət Məhəmmədə (s) qarşı məhəbbət bəsləməkdir. Keçmiş bir sələfi kimi əqidəm haqqında onu deyə bilərəm ki, biz nəbini əlbəttə ki, sevirdik. Ancaq burada əhəmiyyətli bir ayrılma nöqtəsi var. Sünni dünyasının təqib etdiyi Məhəmməd Səid Ramazan el-Büti "Mərhələ Zəməniyyə la Məzhəbi İslami" adlı kitabında sələfilərə bir sual yönəldir: "Sələfilər niyə (Rasulullaha) təvəssül etmirlər"? Sonra suala möhtəşəm bir cavab verir Bütİ. Nəbini sevmirlər demir, ancaq məsələni bu cümlə ilə ifadə edir: "Onlar Nəbini (s) sevməyin ləzzətini dadmırlar".

Həzrət Rasulullaha sevginin ləzzətinə çatmaq, onun mübarək doğum gününü inanaraq yad etməyi təmin edər. Siz isə bunun əksinə olaraq mövludu qadağan etdiniz! Rəsulu Əzəm üçün şeirlər, qəsidələr oxunmasını və uzaqdan ziyarət edilməsini əsrlər boyu haram saydınız! İmam Bütinin də vurğuladığı kimi, düşmənlərinə əsaslanaraq sələfilərin Rasulullahı (s) sevmədiyini söyləmək mümkün deyil. Xeyr! Mən sələfi idim və əlbəttə, Rasulullahı sevirdim. Ancaq ona duyduğum sevgi ilə məhəbbətin ləzzətini dada bilmirdim.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930