Sələfilər Məhəmmədin (s) dinindən başqa bir şeyi təqdim edirlər - əl-Əzhər alimi
Mьəllif: admin1
Tarix: 5-09-2016, 15:54
Bцlmə: Xəbərlər
Sələfilər Məhəmmədin (s) dinindən başqa bir şeyi təqdim edirlər - əl-Əzhər alimi
"Sələfilərin təqdim etdiyi Məhəmmədin dini deyil. Əbdül-vəhhabın dinidir"
İslaminSesi ABNA-a istinadla xəbər verir ki bunu əl-Əzhərin tanınmış alimlərindən olan Əhməd Kərima deyib.

Sələfilərin tərvic etdiyi məsələləri kəskin tənqid edən tanınmış sünni alimi bildirib ki onların təbliğ etdikləri bidətlər cəmiyyətdə gərginliyə, çaşqınlıq və anarxiyaya səbəb olur.

Əl-Asimə telekanalına müsahibə verən tanınmış sünni alimi deyib ki, sələfilər inkarı və təkfirçiliyi gətiriblər və müdaxilə etdikləri hər yerdə işləri dağıdıcı olub.

Qeyd edək ki, ötən həftə Çeçenstan paytaxtında dünyanın 200 müfti və aliminin iştirakı ilə keçirilən"Əhli-Sünnə vəl-Cəmaə" konfransına sələfilər dəvət edilməmiş və bu konfransın bəyanatında sələfilik Əhli-Sünnədən hesab edilməmişdir. Bu məsələ sələfi alimlərini və onların himayə edən qurumları ciddi şəkildə narahat etmişdir.

Əl-Əzhər şeyxi də bu konfransdakı çıxışında sələfilərin və vəhhabilərin Əhli-Sünnədən olmadığını deyib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031