Niyə düşmənlər İmam Həsənin (ə) Peyğəmbərin (s) yanında dəfn edilməsinə mane oldular?
Mьəllif: admin1
Tarix: 25-09-2022, 22:22
Niyə düşmənlər İmam Həsənin (ə) Peyğəmbərin (s) yanında dəfn edilməsinə mane oldular?
Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Həsən Müctəba (ə) Bəni-Üməyyənin zülmünə məruz qalmış və onlar tərəfindən zəhərlənib şəhadətə çatmışdır. Həzrətin (ə) cənazəsi bu düşmənlər tərəfindən hücuma məruz qalaraq, cənazə mərasimi oxa tutulmuşdur.

Bəs bu düşmənlər kimlər idi? Behişt seyyidlərinin ağası olan bu əziz İmam (ə) düşmənləri tərəfindən niyə bu cür rəftara məruz qalmışdır? Hədəfləri nə idi?

İmam Həsən Müctəbaya (ə) istər həyatda olanda olsun, istərsə də şəhadətə çatandan sonra ən çox əziyyət verən insan Müaviyyə ibni Süfyan (lən) idi. O, Bəni-Üməyyənin gələcəyi üçün təhlükə hiss etdiyinə görə xəyanətkarı vadar edir ki, İmam Həsəni (ə) zəhərləsin.

İmam Həsənlə (ə) düşmənçilik edən başqa biri ki, onun Peyğəmbərin (s) yanında basdırılmasına maneəçilik yaratmışdı – Mərvan ibn Həkəm idi. O kəs idi ki, Peyğəmbər (s) onu və atasını İslamın əleyhinə iş gördükləri üçün Mədinədən çıxartmışdı.

Ancaq Osmanın zamanında o, Mərvanı Mədinəyə çağırır və öz kürəkəni edir. Mərvan Həzrət Peyğəmbər (s) nəslinə xüsusi kin və nifrət bəsləyirdi. Əhli-beytə (ə) əziyyət verməkdən heç bir zaman çəkinməzdi.

Tarixdən yaxşı bilirik ki, Ali-Əbi Süfyanın və Bəni-Üməyyənin müsəlman olması çarəsizlik üzündən olmuşdu. Onlar İslam dininin qüdrəti qarşısında gücsüz qalan zaman, zahirdə müsəlman olmuşdular.

Ona görə də heç bir zaman xalis niyyətlə müsəlman ola bilməmişdilər. Hər bir fürsətdə İslam dininə zərbə vurmağı qənimət bilirdilər. Onlar Peyğəmbərin (s) buyurduqlarına etina etmir, imkanları olanda əksini edirdilər.

İmam Həsən Müctəba (ə) şəhadətə çatan zaman Peyğəmbərin (s) səhabələrindən olan Əbu Səyid Xədəri Mərvana dedi: “İmam Həsənin (ə) cəddi Peyğəmbərin (s) kənarında basıdırlmasına mane olursan, halbuki Peyğəmbər (s) onu behişt seyyidlərinin ağası adlandırmışdı?!”.

Mərvan (lən) da məsxərə edərək, ona demişdi: “Əgər sənin kimilər Peyğəmbərin (s) hədisini nəql etməsəydilər, bu hədislər zay olub, aradan gedərdi”.

Bu kinli sözlərdən görmək olur ki, Mərvan nə qədər Əhli-beytə (ə) kin və düşmənçilik bəsləyir. Hətta istəyirdi ki, Peyğəmbərin (s) hədisləri nəql edilməsin və insanlar onu unutsunlar. Bəni-Üməyyə isə İslam dinindən öz hədəflərini həyata keçirtmək üçün silah kimi istifadə edirdi.

Mərvanın bu hərəkətinin səbəbini belə izah edirlər ki, o, bu maneəçiliyi ilə Müaviyyəni razı salmaq istəyirdi. Onun gözünə girib, Mədinə hökumətinin başına keçmək istəyirdi. O zaman ki, bu dəfnə maneəçilik edir, onu tez bir zamanda Müaviyyəyə xəbər verir.

Mərvan bu fitnənin aparıcı insanı kimi deyirdi ki, niyə Osman şəhərdən kənarda dəfn olunmalıdır, ancaq İmam Həsən (ə) Peyğəmbərin (s) kənarında? Bu zaman Ali-Süfyan, Bəni-Üməyyə, Osmanın övladları onunla həmrəy oldular və bu işə mane oldular.

Düşmənlərin əsl hədəfi – Həzrət Peyğəmbər (s) nəslini onun qəbrindən uzaqlaşdırmaq idi və bu yolla onun qohumlarını Həzrətdən (ə) uzaqlaşdırmağa çalışırdılar.

Ancaq təbii ki, bu hədəflərinə nail ola bilmədilər. İndi milyonlarla insan uzaqdan və yaxından Əhli-Beyti (ə) ziyarət edir. Bəs bu lənətlikləri heç itirib-axtaran varmı?
Allah aqibətimizi xeyirli etsin.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930