ALLAH İLƏ NECƏ ÜNSİYYƏT YARADAQ?
Mьəllif: admin1
Tarix: 27-11-2016, 02:43
ALLAH İLƏ NECƏ ÜNSİYYƏT YARADAQ?

Bütün qəlbimizi Allaha və Onunla ünsiyyətə bağlamırıqsa, ən azı Allahı işlərimizdə şərik edək.
Allahdan diləyirik ki, bizə Öz lütfü ilə, qəlbizimin dərinliyində Ona qarşı ünsiyyət və məhəbbət yaranması üçün iradə əta etsin. Onunla ünsiyyət yarada bilək. Bu iş mümkündür, lakin Allahdan tövfiq istəməli və özümüz də iradəli olmalıyıq. Əlbəttə, bu məqsədlə çalışmaq da lazımdır.
Bu istəyin sadə yollarından biri proqram qurub sutkada bir neçə dəqiqə vaxt ayırıb, sakit bir yerdə yalnız Allahı düşünməyinizdir. Bu iş dua, namaz, münacat, Quran qiraəti ilə müşayiət oluna bilər; Allahın hazır və nəzarətçi olduğunu, bizi gördüyünü, həmişə bizə lütf etdiyini unutmamaq mühümdür. Səmimi qəlblə günahlarımızdan tövbə etməli və təsirli olanadək bu proqramı davam etdirməliyik ki, axirət aləmində Allahın lütfünə ümidvar olaq.

İnsan dünyadan gedən kimi əməllərinin nəticəsini görəcəkdir; o zaman hər nə qədər desə: “Pərvərdigara! Məni geri qaytar! Bəlkə, tərk etdiyim saleh əməlləri yerinə yetirim.” (“Muminin” surəsi, ayə 99, 100.) cavabında belə deyiləcək: “Kəlla!”-“Heç zaman!” Onun vaxtı keçib. Ona görə də ömrün dəqiqələrini qənimət saymaq lazımdır. Minlərlə dünyəvi iş içində öz axirətimiz üçün bir iş görək. Minlərlə məhbub və ünsiyyət yaratdıqlarımız arasında, öz qəlbimizin bir guşəsində Allaha və Onun zikrinə yer ayıraq. Bütün qəlbimizi Allaha və Onunla ünsiyyətə bağlamırıqsa, ən azı Allahı işlərimizdə şərik edək.

Bir gün mərhum Şeyx Cəfər Şuştəri minbərdə buyurdu: “Camaat, mən bu gün bütün peyğəmbərlər və övliyaların dediyinin əksinə bir söz demək istəyirəm”. Camaat təəccüb etdi. Buyurdu: “Bütün peyğəmbərlər xalqı tövhidə dəvət ediblər, lakin mən istəyirəm sizi şirkə dəvət edim. Bütün peyğəmbərlər və övliyalar deyirdilər ki, işlərinizi yalnız Allah üçün görün. Lakin mən istəyirəm deyəm ki, Allahı da öz işlərinizdə şərik edin! Siz qəlbinizi Allaha məxsus etməyəcəksinizsə, ən azı qəlbinizin bir guşəsini ona tapşırın. Qəlbinizi tamamilə Allahdan başqasına verməyin. Çünki bir gün peşiman olacaqsınız!”

«Allahım, qəlblərimizə məhəbbət rüşeymini ək. Mərifət nurunu bizə saçdır. Əfv şirinliyini və bağışlanma ləzzətini bizə daddır və gözlərimizi qarşılaşma günü öz görüşünlə işıqlandır.» (“Məfatihul-cinan”, imam Səccadın (ə) “Xəmsə Əşərə” münacatı, Zahidin münacatı.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930