“Sirati-mustəqim”
Mьəllif: admin1
Tarix: 20-11-2021, 11:16
“Sirati-mustəqim”

Bu bəndələr Allahın xalis bəndələridir və hiyləgər şeytanın əli onlara çatmır.

Qurani-kərim düşüncə, hal, əxlaq, əməl və səy yönümündə zərrəcə ifrat və təfritə yol verməyənləri imam və rəhbər kimi tanıtdırır.

Belələri öz həyatlarının bütün sahələrində Allahın əmrinə tabedirlər. Acı və şirin hadisələr, ictimai və siyasi təbəddülatlar, nəfs istəkləri, düşmən və şeytanın təlqinləri belələrinə təsir etmir.

Qurani-məcid təbirincə, bu bəndələr Allahın xalis bəndələridir və hiyləgər şeytanın əli onlara çatmır. (“Hicr”, 39, 40)

Onların həyatının hər anı ilahidir, istənilən əməlləri müsbətdir, gözəl əxlaqla cilvələnmişlər, xalqa əl tutur, din təbliğ edirlər...

Quranda oxuyuruq: “Rəbbi buyurdu: “Mən səni bütün xalqa imam təyin edirəm.”

İbrahim dedi: “Nəslimdəndəmi?”

Allah-təala buyurdu: “Mənim əhdim (verdiyim imamət) sitəmkarlara çatmaz.” (“Bəqərə”, 124)

Digər bir ayədə oxuyuruq: “Onları imamlar qərar verdik, bizim əmrimizlə (xalqı) hidayət edərlər. Onlara yaxşı işlər görməyi, namaz qılmağı, zəkat ödəməyi vəhy etdik. Onlar yalnız bizə pərəstiş edənlərdir.” (“Ənbiya”, 73)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930