İnsanın dünya malına baxışını izah edən ayə
Mьəllif: admin1
Tarix: 11-06-2021, 10:55
İnsanın dünya malına baxışını izah edən ayə
İnsanın dünya malına baxışı bir ayədə belə izah edilib.
Dünya malı, bəzən nemət olarsa, bəzən də günaha zəmin yaradar. O bəzən imtahan vasitəsi olarsa bəzən də savab qazanmaq vəsiləsidir.

Bu fani materialla əbədi cənnəti də qazanmaq olar, bəlaları da. Həm nemətdir həm neqmət. İlan kimi zahiri bəzək, amma daxili öldürücü zəhərdir.

Günün ortasında ağac altında müvəqqəti yaranan kölgəyə bənzər. Bu dünya malıdır. O hədislərdə belə təsvir edilib.

Quranda dünya malı haqda çoxlu ayələr var. Amma bir ayədə dünya malına baxışın necə olması kamil formada izah edilib.

Həmin ayədə dünya malı ilə bağlı bu izhalar yer alıb:

1- Mal-mülkün əsl sahibi Allahdır.

2- Unutma bunu sənə Allah verib.

3- Bu malın vasitəsilə axirəti qazan.

4- Dünya həyatını da onunla təmin et!

5- Öz payını və nəsibini unutma!

6- Tərki-dünya olma!

7- Allah sənə yaxşılıq edib mal-mülk verdiyi kimi sən də ver!

8- Allahın verdiyi mal-dövləti fəsada günaha vasitə etmə və xərcləmə!

Dünya malı haqda bu izahlar Qisəs surəsinin 77-ci ayəsində gəlibdir:

“Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil.

Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et).

Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”




İslaminSesi.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930