Kərbəla sözünün mənası nədir?
Mьəllif: admin1
Tarix: 3-08-2022, 10:28
Kərbəla sözünün mənası nədir?
Bəzi araşdırmaçılar Kərbəla adının İmam Hüseyn (ə) qiyamından öncəki tarixə aid olduğunu deyirlər.

Kərbəla şəhərinin tarixi və bu adın toponomiyası ilə bağlı araşdırmaçı Seyyid Əhməd Ələvinin “Rahnomayi Musəvvəre Səfəre Ziyarətiye İraq” əsərində təqdim etdiyi tədqiqat daha maraqlıdır.

O bu əsərində Kərbəla adının toponomiyası ilə və bu adın tarixi ilə bağlı bir neçə fikiri gətiribdir.

O bildirir ki, Kərbəlanın tarixi Babilistanlıların dövrünə qayıdır. Bəzi tədqiqatçılar inanırlar ki, Kərbəla sözünün mənası “qurb ilahi” (Allaha yaxınlıq) sözündən götürülmüşdür ki, bu da qədim Babil sözüdür.

Bəziləri isə deyirlər ki, Kərbəla sözü “Kur babil” sözündən alınmışdır ki, mənası “Qədim Babil Kəndlərinin Cəmi” deməkdir ki, Neynəva və Ğaziriyyə kimi kəndlər bu kəndlərdəndir.

Bu yer hicrətin 61-ci ilinə qədər boş çöllükdən başqa bir yer deyildi. Amma Kərbəla hadisəsindən sonra və şəhidlərin qəbirləri üzərində gümbəz və saray tikildikdən sonra İraqın ziyarət şəhərlərindən birinə çevrilir.

Bəziləri inanırlar ki, Kərbəlanın tarixi “Beynən Nəhreyn (iki çay arası - Mesopotamiya)” mədəniyyətlərinə qayıdır və orada ibadət üçün məbədlər olmuşdur. Kərbəla sözü isə Assuriya dilində olan 2 kəlmədən meydana gəlmişdir: “Kərb” – yəni hərəm, iil – yəni Allah. Belə olduqda Kərbəla sözünün mənası “Allahın hərəmi” anlamını daşıyır.

İmam Huseyn özü bu yerə çatan zaman soruşur ki, bu yerin adı nədir, cavabında deyirlər ki, Kərbəladır. İmam bu cür dua edir: “Allahummə inni əuzubikə minəl kərbi vəl bəla” (Ey Allahım həqiqətən mən sənə çətinliklərdən və bəlalardan sığınıram)

Kərbəlanı həm də “Taff” (Fəratın sahili) deyərək adlandırırlar . Bir adı da Hirə və ya Hair (çökək yer)-dir. Abbasi xəlifələrindən olan Mutəvəkkil Abbasi qəbrin üzərinə su axıtmaq istəyəndə, su gəlib qəbrin ətrafına dövrə vurmuşdu ki, bu da bir möcüzə idi.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031