Ayətullah Xamenei təqva haqqında
Mьəllif: admin1
Tarix: 26-09-2016, 10:01
Ayətullah Xamenei təqva haqqında
Allah-Taala ikinci addımda köməyə gəlir

Harada olsanız, hansı peşədə çalışsanız, üzərinizə hansı vəzifəni götürsəniz, hansı ictimai mövqeyə sahib olsanız, birinci səyiniz Allahın razılığını qazanmaq və ilahi vəzifəni yerinə yetirmək olmalıdır. Bu təqvadır; vəzifənizi yerinə yetirməyə, yayınmadan və yanlış yolu getməkdən çəkinməyə çalışmanız təqvadır. Əgər sizdə bu hiss olsa və bu səyi göstərsəniz, birinci addımı atan kimi Allah-Taala ikinci addım üçün sizə kömək edəcək.
Bizim vəzifəmiz nə qədər yüksək olsa, daha çox təqvaya ehtiyacımız olacaq. Cihadda insanı qalib edən də təqvadır. Siz xalq illər öncə, 1979-cu illərin bu günlərində hegemonizm üzərində qələbə çaldıqda təqva sizi qalib etdi; ilahi əmrdən və şəriət vəzifəsindən başqa bir şey haqda düşünməyən rəhbərin və Allahdan ötrü öz şəxsi istəklərindən və mənafeyindən keçən siz xalqın təqvası.
Yadınızdadır ki, o günlərdə hamı müqəddəs hədəfə necə könül vermişdi, heç kim özünü düşünmürdü, heç kim sərvət toplamaq, varlanmaq, vəzifəyə yiyələnmək və digərlərindən önə keçmək haqda düşünmürdü. Hər kəs özünün şəriət vəzifəsini, İslam və inqilab qarşısındakı vəzifəsini təyin edib, onu yerinə yetirirdi. Bu gün də həmin işi görməliyik.

Vilayet.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930