Əhli-Beyt (ə) – xilqətin cövhəridir
Mьəllif: admin1
Tarix: 26-05-2021, 22:00
Əhli-Beyt (ə) – xilqətin cövhəridir
Kamil insan bu xilqətin həqiqi cövhəridir. Məsum İmamlarımız (ə) isə bu bəşərin ən kamil insanlarıdır. Ona görə də məhz Əhli-Beyt (ə) – xilqətin cövhəridir.

“And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Qur’anın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökümətinin zühur dövrünə) ki, Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir”. (“Əsr” 1-2).

Məsum İmamlardan (ə) nəql edilir: “”Əsr” – kamil insandır, İmam Zamandır (ə.f). Yəni, bütün varlıqların cövhəridir. Bütün varlıqların cövhərinə and olsun, yəni kamil insana and olsun”.

Bu məsələ ürfan elmində də ciddi mövzulardan biri sayılır. Əmirəl-möminin (ə) özünü belə tanıdır: “Mən – ilk Adəm, ilk Nuham. Mən – sirlərin həqiqəti, ağacların vərəqiyəm. Mən yetişmiş meyvəyəm.

Mən – İbrahimin yol yoldaşı, şəhərlərdə və ölkələrdə olan İlahi sirrəm. Mən – Allahın əmri və ruham ki, Quran buyurur: “Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir». (“İsra” 85).

Mən – ağacları əkən və meyvələrin rəngini üzə çıxardanam. Mən günəşə, Aya və ulduzlara nur verənəm. Mən – Tur və yazılmış kitabam, alovlanmış dənizəm.

Mən Allahın Rəsulu (s) ilə yerdə və səmada olmuşam. Mən – əvvəlki əsrlərin sahibiyəm. Mən bir göz qırpımı ilə yeddi qatlı yeri və səmanı keçərəm. Mən beşikdə İsanın (ə) danışan dili olmuşam. Mən – hidayət çırağı və təvqa açarıyam. Mən Allahın izni ilə səma və yerin xəzinadarıyam”.

Bəli, Əhli-Beyt (ə) – həqiqətən də bu varlıq aləminin yaranma səbəbi və həqiqi cövhəridirlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930