Günahdan həzz alanın sonu
Mьəllif: admin1
Tarix: 23-07-2016, 22:27
Günahdan həzz alanın sonu
Hədislərə əsasən günah əsnasından və günahdan sonra insanın peşmançılıq keçirməsi çox yaxşı əlamətdir. Bəzi hədislərdə bu Allahdan xofun əlamətləri kimi qiymətləndirilib və tövbə üçün zəmin olduğu hesab edilib.

Adətən peşmançılıq hissini keçirmək insan qarşısına çıxan ilk və böyük günahlardadır. İnsan kiçik günahı çox təkrarladıqda, günaha israr etdikdə, günaha görə Allaha cürət hissi insanda yarandıqda tədricən pis işə görə peşmançılıq da insanın vicdanından uzaqlaşır.

Həzrət Peyğəmbər buyurur:

“Günahın kiçikliyinə baxmayın. Əsasəs Allaha cürət etməyinizdə diqqətli olun”. Yəni günahın pisliyi ondan ibarətdir ki orada Allaha qarşı cürət və itaətsizlik edirsən. Ola bilsin günah kiçikdir və gözə dəymir. Amma əsas odur ki bu kiçik günahı etməklə Allaha qarşı cürətli olursan.

Bu zaman günahdan həzz almaq peşmançılığın yerini tutur. İnsan əvvəl peşmançılıq çəkib özünü məzəmmət edirdisə, indi aldığı ləzzət və həzzi yenidən təkrarlamaq və o “şirinliyi” yenidən dadmaq fikrində olur.

Bəs bu barədə məsumlar nə deyib?

“Həzrət Məhəmməd Peyğəmbər buyurub:

“Allah günahdan həzz alan adamı alçaldıb zəlil edər”

Günahdan həzz almağa görə alçalmağı necə başa düşmək olar? Bir sadə misal gətirək. İnsan spirtli içkidən həzz aldıqda onu yenidən içir. İnsan narkotik maddələrin istifadsindən, zinadan həzz aldıqca onu yenidən təkrarlayır. Bu zaman insan bu işlərə aludə olur və vərdiş halına gəlir. Spirtli içkilərin və narkotik maddələrin aludəçisi olmaq təbii ki insanı cəmiyyətə alçaldır. O həddə qədər ki yaşadığı evdə belə ona etibar edilmir. Zina əməli insanda vərdiş yaratmasa da onun nalayiq məkanlara getməsi, onun həyat tərzində, ailə münasibətlərində yaranan problemlər tədricən abrının getməsinə səbəb olur.islaminsesi\
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930