Məzəmmət olunan dünya hansıdır? – Ayətullah Misbah Yəzdi cavab verir
Mьəllif: admin1
Tarix: 1-01-2021, 21:07
Məzəmmət olunan dünya hansıdır? – Ayətullah Misbah Yəzdi cavab verir
Ayətullah Muhəmmədtəqi Misbah Yəzdi buyurur: “Qurani-Kərim insanı hidayət etmək üçün aydın yollar təyin etmişdir. İnsan gərək dünya ilə axirət arasında axirəti seçsin. Əgər dünya ləzzətləri axirət üçün olarsa, özü məqsəd olar.

İlahi təqdir belədir ki, dünyanın bəlaları dəfələrlə olur ki, insan dünyaya bağlanmasın. Çünki insan axirətin cavidan yer olmasının bilməsinə baxmayaraq, dünyanın təsiri altına çox düşər. Ona görə də dünyadan bəhrələnmək istəyər. Quranın bu haqda məşhur dastanları vardır ki, onlardan biri Qarunun dastanıdır.

Qarun – Bəni-İsrayilin zənginlərindən idi ki, sadəcə anbarlarının açarlarını gəzdirmək üçün bir neçə insan lazım idi. İnsan bu sərvəti görən zaman qarşısında böyük bir əzəmət cilvələnirdi. Deyərdilər ki, ey kaş, biz də bu maldan pay alsaydıq.

Təsəvvür edin ki, bir tərəfdə Qarun kimi bir zəngin insan vardır ki, malını saymaqla bitməz. O biri tərəfdə isə yoxsullar ki, bu mala göz dikiblər.

Allah Təala buyurur ki, insanların bir dəstəsinin zəngin və bir dəstəsinin yoxsul olması hikmətdəndir. Allah bu yolla bəndələrini imtahana çəkər. Çünki o zaman ki, yoxsulları ibadət halda görərlər, məsxərə edib deyərlər ki, bunlar behişt əhlidirlər.

Allah bu insanlara xüsusi nemət vermişdir və bizə verməmişdir? Ancaq Allah yaxşı bilir ki, hansı bəndəsi şakirdir və hansı bəndəsi nəfsinə məğlubdur.

O kəs ki, həqiqi mömindir – heç bir zaman demir ki, biz başqalarından üstünük. Əgər yoxsuldurlarsa, gərək onlara xüsusi hörmət edək. Haqqımız yoxdur ki, onlara həqarət gözü ilə baxaq.

Çünki o kəslər ki, Allaha ibadət edirlər – behişt əhlidirlər. Onlar Allah yanında o kəslərdən üstündürlər ki, sərvətləri vardır və sərvətlərinə görə insanların arasında qürurla yaşayır və təkəbbür edirlər.

Allah Təala peyğəmbərlərinə (ə) buyurur ki, özünüzü o insanlar ki, ibadətlə məşğuldurlar – onlara vəqf edin. Onlardan ayrılmayın və gözünüzü onların üstündən çəkməyin. Ancaq o kəslər ki, Allahın zikrindən qafildirlər – onların ardınca getməyin.

Quran ayələrinin bir çoxunun Həzrət Peyğəmbərə (s) xitab etməsinə baxmayaraq, əslində bütün insanlara xitab edərək, nəyisə başa salmağa çalışır.

Yoxsulluq və zənginlikdə imtahan vardır. Hər kəsin öz vəzifəsi vardır. Yoxsul insan gərək həyat yoldaşının və uşaqlarının dolanışığını təmin etmək üçün çalışsın.

Çünki bu uşaqların böyüklər kimi tutumu yoxdur. Elə rəftar etsinlər ki, din və ruhanilikdən uzaqlaşmasınlar. Bu, dünyaya bağlanmaq deyildir, çünki hədəf – Allahın razılığıdır. Vəzifəni yerinə yetirməklə dünyaya bağlanmaq arasında fərq vardır.

Əgər insan dünyada axirət niyyətilə ilə iş görərsə, dünyaya bağlanmaq olmaz. Əksinə, ibadət olar. O kəs ki, övladının ruzisi üçün səy göstərər – ibadət edər.

Quranda dünyaya bağlanmaq dedikdə, ondan həvəs və nəfsini sakitləşdirmək üçün istifadə etmək nəzərdə tutulur. Dünya malı imtahan üçündür.

Zəngin insanlar rahat yata bilmirlər. Çünki Allah elə bu dünyada da onlara sərvətləri ilə əzab verir. Bu insanların nə dünyası vardır, nə də axirətləri”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930