Yaşıl ada və Bermud üçbucağı Əllamə Amuli və Ayətullah Behcətin nəzərində
Mьəllif: admin1
Tarix: 8-03-2022, 22:27
Yaşıl ada və Bermud üçbucağı Əllamə Amuli və Ayətullah Behcətin nəzərində
Əllamə zul-fünun Həsənzadə Amuli deyir: Mərhum Hacı Nuri Cəzirətul-xəzra (Yaşıl ada) barədə bir rəvayət nəql edib. Əllamə Şəranin bu məsələdə bir haşiyəsi vardır və biz onu “Hezar o yek nokte” kitabında qeyd etmişik.

O (Əllamə Şərani) buyururdu ki, Cəzirətul-xəzra indi də mövcuddur və Əndəlusun şəhərlərindən biridir. Ora çox yaşıl bir adadır. Adətən adalar hamısı yaşıl olur, amma bu ada başqa adalardan çox seçilir.

Məhdi Fatimi (Fatimilər dövlətinin qurucusu) oranı öz dövlətinin paytaxtı etmişdi. Məhdi Fatimidən sonra bu ada dillərə düşdü və ağızlarda gəzdi. Bəzi nadanlar da Məhdi Fatimini həzrət Məhdi Bəqiyətullah (ə.f) kimi qələmə verdilər və o həzrətin Cəzirətul-xəzrada yaşadığını dedilər.

Daha sonra isə Cəzirətul-xəzranı Bermud üçbucağı ilə ilgiləndirdilər. Gör nələr etdilər?!!! Bu sözlərin ardınca nələr gəldi?!!! Başqaları da bu sözləri kitablarda yazdılar.

Haqqında çox söz-söhbətlər gedən Bermud üçbucağının da hekayəsi belədir. Çox təəssüflər olsun ki, bəziləri eşitdikləri sözləri gətirib din və məzhəbə istinad verirlər.

Halbuki, bizim dinimiz başdan-başa dəlil və əql üzərindədir. Allah Quranda buyurur: (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” (“Bəqərə” surəsi, ayə 111.)

İnsan boş və puç söz danışmamalıdır. Dediyi sözlərini sübuta yetirə bilməlidir. Bir sözü qəbul etmək üçün də təfəkkür və tədəbbür etmək lazımdır. Din, ağıl və dəlil dinidir.

Amma okeanda yerləşən Bermud üçbucağı. Bu üçbucaq yerləşən yerdə dənizin altında maqnit dağları, maqnit daşları və maqnetizm qüvvələri vardır. Bildiyiniz kimi Yer kürəsinin coğrafi qütbü Yer kürəsinə nisbət ölçülən bir qütbdür. Həmçinin Yerin maqnit qütbü vardır.

Maqnit qütbü bir yerdə qərar tutmur və fırlanır. Onun fırlanma miqdarı da riyazi qaydalarla məlum olur. Bermud üçbucağının maqnit qütbü də okeanın altındadır. Ona görə də gəmiləri özünə cəzb edir, hətta təyyarəni də havadan özünə cəzb edir və çox güclüdür.

Təəssüflər olsun ki, bunu İmam Zamanla (ə.f) ilgiləndirirlər.

Böyük arif və alim Ayətullah əl-üzma Behcətin Yaşıl ada və Bermud üçbucağına münasibəti

Sual: Son zamanlarda bir kitab yazılmışdır və kitabın müəllifi cəhd etmişdir ki, rəvayətdə gəlmiş “Cəzirətul-xəzra”nı Bermud üçbucağı ilə ilgiləndirsin. Sizin nəzərinizcə, Cəzirətul-Xəzra həmin Bermud üçbucağıdırmı?

Cavab: İmam (ə.f) hər harda olsa, ora yaşıldır. Möminin qəlbi yaşıl adadır. Hər harda olsa, həzrət (ə.f) də oradadır.

Qəlblər imandan və mərifət nurundan boş qalmışdır. Çalışın ki, imanlı və Allah yadı ilə dolu olan bir qəlbiniz olsun. Əgər belə bir qəlbiniz olsa, mən imza edərəm ki, İmam Zaman (ə.f) o qəlbdədir.


Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031