Əllamə Həsənzadə Amuli - İslam dünyasının fəxridir
Mьəllif: admin1
Tarix: 14-03-2021, 10:13
Əllamə Həsənzadə Amuli - İslam dünyasının fəxridir

Ayətullah Cavad Amuli Əllamə Həsənzadə Amulinin ehtiram mərasimində demişdir: “Əllamə Həsənzadə Amuli İslam dünyasının fəxridir və o, hikmət və mərifət dahilərindən idi. Bu böyük alimin şəxsiyyəti təqdirə layiqdir.

Əlbəttə çox az insan bu tofiqə nail olmuşdur. O, gözəl hövzədən, müəllimlərdən bəhrələnmişdir. Kitablara bağlı bir insan idi. İslam hikməti o zaman çiçəklənmişdir ki, İslam mənbələrindən ilhamlanmışdır.

Əgər fiqhimiz çiçəklənibsə, ona görədir ki, güclü mənbələrə əsaslanmışdır. Əgər istəyiriksə ürfanımız səhmana düşsün - böyük cihad meydanına daxil olmalıyıq. Cihad meydanında üç yol mövcuddur: təslim olmaq, qalib olmaq və məğlub olmaq.

Cihad meydanında daha çox şəhidlik nəsib olur. Çünki o qədər ox atırlar və o qədər ox sənə dəyir ki, şəhid olursan. Bizim vəzifəmiz odur ki, ilk növbədə əqli gücümüzü tanımalıyıq.

Sonra qəlbimizi ürək mühəndislərinə verməliyik ki, qəlbimizin əsas mənbəyi olan Quran və itrət ilə bizi tanış etsinlər. Üçüncü mərhələdə isə başqalarının elmindən istifadə etməliyik ki, həm fəlsəfə kamala çatsın, həm də ürfan inkişaf etsin.

Islam hikmətinin ali şurasının vəzifəsi odur ki, yeni zühir etmiş və yanlış ürfanların qarşısını alsınlar. Əgər hikmət dərsini yüz müəllim tədris edirsə, ən azı on nəfər şagird tərbiyə edə bilərlər”.

Hözvənin bu müəllimi keçmişdəki bütpərəstliyə işarə edərək, demişdir: “Od İbrahim üçün gülüstana çevriləndən sonra insanlar iman gətirdi və dindar oldular.

Əgər yunan öz dinində müvəfəqiyyət qazanıbdırsa, ona görədir ki, bu torpaqların insanları İlahi əmanəti qoruyublar. Ancaq Hindistanda belə alimlər yox idi. Ona görə də orada budda və hindu firqəsi meydana gəlmişdi.

Tövhidi hifz etmək üçün isə biz gərək 4-cü əsrin alimlərini, Fərabini və Əbulhəsən Amirini qoruyaq. Tövhidə və dini elmlərə ziyan dəyərsə, siz fəlsəfə tələbələri məsuliyyət daşıyacaqsınız.

İndiyə qədər fikri inkişafına görə bu cür ziyanlardan qorunmuşuq. Bizim əsrimizdə hövzənin mühüm vəzifəsi odur ki, İslam məktəbini hifz etməlidir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930