Masson tarixi ilə bağlı eşitmədiyiniz şok faktlar
Mьəllif: admin1
Tarix: 29-01-2019, 10:30
Masson tarixi ilə bağlı eşitmədiyiniz şok faktlar

İslaminSesi xəbər verir ki, massonluğun tarixi haqqında bir çox araşdırmalar aparılıb. Bu barədə bəlkə də yüzlərlə fikirlər söylənilib. Lakin tamamilə başqa bir aspektdən baxıldıqda əslində bu araşdımalarının hamısını birləşdirən bir cəhət vardır. Bütün araşdırmaçılar və tarixçilər massonluğun tarixini 3 əsas dövrə ayırır.

1. Qədim Misir hadisəsi (Hz. Yusifin Misirə gəlməsi)

2. Səlib yürüşləri

3. 1717-ci ildə Grandflodja adı altında İngiltərədə qurulması

Zahirən sonuncu çox əhəmiyyətli görünür. Lakin burada bir nüansı qabartmaq lazımdır. Massonların tarixi heç də onların özlərinin dediyi kimi Almaniyadan başlamır. Massonluğun tarixi heç şübhəsiz yenə Misir hadisəsinə qayıdır. Hz. Yusif (ə) Misirə getmək əhvalatını demək olar ki, hər kəs bilir. O orada 12 illik həbsdən sonra mövqe sahibi olaraq ucalır. Bütün bu hadisələrdən sonra o qardaşlarını Misirə çağırır. Onlar Kənandan gələrək Misirdə yerləşir və Nil ətrafında yaxşı torpaqlara yiyələnirlər. Hz. Yusifin ölümündən sonra hakimiyyətə onun qardaşı Yəhuda ( O yəhuda ki, Hz.Yusifi(ə) quyuya salmışdı) yiyələnir. Bəni İsrailin taleyi bu adamın əlinə keçir. Yəhudilər üçün doğru yoldan azmaq buradan başlanır. Onlar az keçməmiş Misir fironlarının zülmünə uğrayırlar. Hz. Musa (ə) Allah tərəfindən onlara elçi olaraq göndərilir. Bu tarixi hadisəyə çox diqqət etmək lazımdır. Məhz burada masson tarixin ən kritik nöqtəsi başlayır. Hz. Musa (ə) bir ovuc tayfaya sahib çıxaraq onları geriyə, gəldikləri yerə - Kənan torpağına qaytarır. Hz. Musa( ə) bu mərhələdə müxtəlif möcüzələr göstərir. Əsasını əjdaha edir, əlini köynəyinin içinə salaraq nur kimi çıxardır, dənizi yararaq onları o taya keçirir. Lakin onları Kənan torpağında qısa bir müddət ərzində qoyub gedən kimi onlar inəyi özlərinə Tanrı edirlər. Buradan belə bir sual meydana çıxır: Hz. Musanın bu qədər möcüzəsini görmüş bu xalq niyə peyğəmbər onları tərk edən kimi Tövhidin tam bir ziddində qərar tutdular? Hətta bu şirki etməkləri kifayət etmirmiş kimi inək heykəlinin də Harunun düzətdiyini söylədilər. Bəs bunun səbəbi nə idi? Misir caduları və sehrləri. Onların alt şüuruna hopmuş bu bu inanc sistemini nəinki Musa (ə), hətta digər peyğəmbərlər də silə bilmədilər. Bu inanc sisteminin adı nə idi? Kabala. Halbuki dünya bu mistik kitab haqqında yalnız 3000 il sonra eşidəcəkdi.

Müasir dövrdə Kabala kursları açılır. Lakin bunu qeyd etmək yerinə düşər ki, əgər Qurandan kömək alınmasa Kabalanın əslində nə dediyini və demək istədiyini anlaya bilmərik. Bu yalnız Kabalanın onun dediyi və istədiyi şəkildə başa düşülməsinə gətirib çıxarar. Ən ümdəsi Qurandan kömək alınmasa massonluğun tarixini də araşdırmaq qeyri-mümkündür. Quran bu hadisəyə işarə edərək Səba surəsi 40-41-ci ayələrdə bildirir:

“Bu cəhənnəmə gedən mənə ibadət etmirdilər. Amma onlar da bir varlığa inanırdılar. O mən deyildim. Və mələklər deyərlər: Sən uca və paksan. Onlar cinlərə və şeytanlara ibadət edirdilər. Şeytanın möminləri olmuşdular.”

Quranda bu mənada mömin sözü işlədilib. Şeytana ibadət dərəcəsində onlar mömin olmuşdular. Müasir vaxtda bu hadisələrə təsadüf edə bilərik. Şəhid Dəstğeyb özünün “ Quran və Qiyamət” kitabında bu barədə yazır: “Onlar pis cinlərdən və şeytanlardan güc almaq üçün ayaqlarının altına 40 gün Quran bağlayarlar.”

Səlib yürüşləri

1095-ci ildə Papa Urban xristianların şərqə hücumu haqqında əmr və xeyir-dua verdi. Avropanın hər yerindən cəngavərlər toplaşaraq bu “müqəddəs” müharibəyə yollandılar. Ağır döyüşlərdən sonra onlar Qüdsə çatırlar. 3 həftə sonra Beytül-Müqəddəsi işğal edirlər. Orada dəhşətli qırğınlar törədirlər. Bu qırğnlar haqqında həm qərb, həm də şərq tarixçilərinin əsərlərlərində kifayət qədər məlumat var. Raymond Agil adlı bir tarixçi bu qırğınlar haqqında çox soyuqanlı şəkildə bu sözləri qələmə almışdır: “Çox maraqlı mənzərə idi. İnsan başlarından və bədənlərindən sanki dağ qalaqlanmışdı. Süleyman və Beytül müqəddəsdə mənzərə daha fərqli idi: qan atlarımızın ağzına qədər yüksəlmişdi.

Lakin tarixdən məlum olduğu kimi cəngavərlərin Qüdsün işğalından sonra aralarında təfriqə yarandı. Bir qrup cəngavər təfriqə içində olan qruplardan sıyrılaraq orada yaralıları müalicə etmək üçün xəstəxana tikməyə başladı. Onları hospitaler cəngavərlər adlandırdılar. Onlar orada təxminən 200 nəfərlik bir xəstəxana tikdilər. 1113-cü ilə qədər onların rəsmi adı belə olub. 5 il sonra isə onlar məbəd cəngavərləri adlanırdılar. Onlar tamamilə Beytül-müqəddəs və Qübbətül Sahra məscidlərinin yanında məskunlaşdılar. Elə bu andan etibarən onların yəhudi xaxamları taleyi birləşir. Halbuki onlar tanış olanda fərqli inancların və fərqli mədəniyyətlərin insanları kimi görüşmüşdülər. Yəhudi xaxamları düşüncə tərzinin adı Kabala idi. Məbəd cəngavərlərinin bir bu haqda yazır: “Biz Süleyman məbədində elə bir xəzinə tapdıq ki, o xəzinə bizə sonsuz bir qüvvədən bəhs etdi”.

Bu xəzinə nə idi? Hansı xəzinədən söhbət gedə bilərdi ki?! Yenə Qurana müraciət edirik və Bəqərə surəsi 102-ci ayəsində deyilir ki, “Hz.Süleyman sehr və cadu ləvazimatlarını taxtın altında gizlətdi.”

Lakin Kabalada nə xitab olunur: Əslində Allah yoxdur, Süleyman peyğəmbər hər şeyi bizim gücümüzlə edirdi.

Qərbi yazarlar nə deyir? Onlar Kabalanın humanizmi və sekulyarizmi təbliğ etdiyini bildirirlər. Allah yoxdur, yalnız insan amili var.

İndi gəlin bunların müqayisəsini aparaq: Həm yəhudi, həm də islami mənbələrdə Hz. Süleymanın zəncirlədiyi şeytanların sayı 72 göstərilir. Bu 72 rəqəminin xüsusi olaraq qeyd etməliyik. Niyə məhz 72? Bu Allahın yəhudi millətinə, yolunu azmış hər bir kəsə bir xitabıdır. Bu xitabı anlamaq üçün elə peyğəmbərlər tarixinə baxmaq kifayətdir. İnsan iddia etdi ki, möcüzəyə inanır Allah ona Musa peyğəmbəri(ə) göndərdi. Başdan ayağa möcüzə olan Musa(ə) onlara kifayət etmədi. Halbuki Allah onların istədikləri möcüzələri Musaya vermişdi. İddia etdilər ki, şeytana cinə ibadət mümkündür, Allah onlara Hz. Süleymanı göndərdi. O peyğəmbər onların ibadət etmək istədiklərin hamısını zəncirlədi. Atası olmayan tanrı İsusu dillərinə gətirdilər, Allah onlara İsanı(ə) göndərdi. Yenə qayıdaq 72 rəqəminə. Onlar 72 qüvvədən bəhs etdilər, Allah onlara iman uğrunda Kərbəlada özünü qurban edən 72 nəfəri göstərdi. Elə bu nöqtədə Əhli-Beyt sionizmin qarşısında divar kimi ucalır.

Müasir dövrdə isə biz şeytana ibadət edənlərlə qarşı-qarşıyayıq. Elə buna bariz sübut kimi Məkkədə Cəməratdaki şeytanı daşlama yerini göstərə bilərik. Bu bizim dinimizin möcüzəsidir. Lakin Vəhabi hökuməti neynədi? Həmin daşın qarşısında divar hörərək onu bağladılar. Onların bütün enerjiləri buna yönəlib. Quranda açıqca insana xitab olunur: Şeytana inanmayın. Amma insan azğınlıq yolunu seçdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930