Xacə Nəsirəddin Tusi Qurana əsaslanıb İmam Əlini (ə) necə vəsf edir
Mьəllif: admin1
Tarix: 10-04-2023, 11:55
Xacə Nəsirəddin Tusi Qurana əsaslanıb İmam Əlini (ə) necə vəsf edir
(Əmirəlmöminin Əlinin (ə) fəzilətləri barədə risalədən bir parça)

...İlkin (insanlar arasında) yaradılmışların ən üstünü - peyğəmbərlər olmuşlar.

Peyğəmbərlərin arasında ən üstünü - altı mürsəl peğəmbər olmuşdur: Nuh, İbrahim, Süleyman, Əyyub, Musa, İsa. Allah Təala onları Quranda (hər birinin üstün cəhətlərini göstərməklə) yad etmiş, Əmirəlmöminin Əlini (ə) (malik olduğu fəzilətləri baxımından) onlarla bərabər tutmuşdur.

Allah Təala Nuh haqqına bu sözləri buyurmuşdur: "...Həqiqətən, o (Nuh Allahın nemətlərinə) çox şükür edən bir bəndə idi!”("əl-İsra”, 3)

Həzrət Əli (ə) haqqında isə bu sözləri buyurmuşdur: "...Onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar”. ("əl-İsra”, 19)

Həzrət İbrahim (ə) haqqında buyurmuşdur: "Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahim” ("ən-Nəcm”, 37)

Həzrət Əli (ə) haqqında isə bu sözləri buyurmuşdur: "Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar” ("əl-İnsan”, 7)

Həzrət Süleymanın vəsfində Allah Təala deyir: "...onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik”. (ən-Nisa-54)

Həzrət Əli (ə) haqqında isə bu sözləri buyurur: "(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən” ("əl-İnsan”, 20)

Həzrət Əyyub haqqında Allah Təala buyurur: "...Biz onu (müsibətlərə) səbir edən gördük...” ("Sad”, 44)

Həzrət Əli (ə) haqqında isə bu sözləri buyurur: "...Onları etdikləri səbir müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır” ("əl-İnsan”, 12)

Həzrət Musa və Harun haqqında Allah Təala deyir: "Onların hər ikisini doğru yola müvəffəq etdik” ("əs-Saffat”, 118)

Həzrət Əli (ə) haqqında isə bu sözləri buyurur: "Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)” ("əl-İnsan”, 3)

Allah Təala Həzrət İsanı belə bu sözlərlə vəsf edir: "...O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu” ("Məryəm”, 31)

Həzrət Əli (ə) haqqında isə bu sözləri buyurur: ”... O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər” ("Maidə”, 55)

Allah Təala Həzrət Əlinin (ə) ruhunu (canını) Həzrət Mustafa (s) ilə bərabər tutmuş, izzətdə isə Özü və Mustafa ilə bir yad etmişdir: "... Şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur” ("əl-Munafiqun”, 8), "... Biz də özümüzü, siz də özünüzü...” ("Ali-İmran”, 61)

(Allahdan) qorxmaqda Əlini (ə) mələklərlə bərabər tutmuş, mələklər haqqında demişdir: "Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!” ("ən-Nəhl”, 50)

Həzrət Əli (ə) haqqında isə bu sözləri buyurmuşdur: "Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” ("əl-İnsan”, 10)

Allah Təala Özü haqqında bu sözləri deyir: ”...Hamını yedirdib Özü yeməkdən uzaq olan Allah...” ("əl-Ənam”, 14)

Həzrət Əli (ə) haqqında isə bu sözləri deyir: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər ("əl-İnsan”, 8).

(X.N.Tusi, "Əmirəlmöminin Əlinin(ə) fəzilətləri barədə risalə”)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031