Mənəvi yolun ilk çətinlikləri
Mьəllif: admin1
Tarix: 7-09-2020, 11:20
Mənəvi yolun ilk çətinlikləri
Tarix boyu həqiqət nurunun dərkindən aciz qalaraq övliya və mərifət sahiblərini həlakətə və dar ağacına sürükləyən insanlar çox olmuşdur.

Günəş xəlq olduğu vaxtdan onun şəfaverici şüalarının qarşısını almaq niyyəti də yaranmışdır. Yarasalar günəşin yandırıcı şüaları qarşısında aciz və kor olurlar. Bəzi insanlar da başqalarının ələ gətirdiyi bir çox məsələləri özləri dərk etmədiklərindən, inkar etməyə çalışırlar.

Bu cür yanlış düşüncə tərzi cəmiyyətdə əsaslı problemlər yaratmışdır. Tarix boyu həqiqət nurunun dərkindən aciz qalaraq övliya və mərifət sahiblərini həlakətə və dar ağacına sürükləyən insanlar çox olmuşdur.

Dar düşüncəli və naqis insanlar üçün mənəviyyat yolunun dərki çox çətindir. Bu bəd xislətli adamlar İlahi arif Ayətullah Behcətin seçdiyi səadət yolunda da əngəl yaratmağa çalışmışlar.

Bəzi etimadlı şəxslər belə nəql edirlər ki, Ayətullah Behcətin Əllamə Qazi ilə get-gəl etdiyini eşidən və mərifət məsələsinə etiqadı olmayan Nəcəfin fazil şəxslərindən bir qismi Ayətullah Behcətin atasına məktub yazıb onun həqiqət yolundan azdığını və Əllamə Qazi ilə get-gəl etdiyini qeyd edirlər. Atası məktubun cavabında yazır ki, vacib əməllərdən başqa bir şey öyrənməyinə və filankəslə (Ustad Qazi) get-gəl etməyinə razı deyiləm.

Ayətullah Behcət atasının yazdığı məktubla əlaqədar Əllamə Qazidən üzərinə düşən vəzifəsini soruşur. Ustad Qazi ona bu barədə təqlid etdiyi müctəhiddən sual etməsini buyurur.

Ayətullah Behcət, Seyyid Əbül-Həsən İsfahaninin yanına gedib, məsələnin nə yerdə olduğunu danışanda “atadan itaət etmək vacibdir”–deyə Seyyid İsfahaninin cavabını eşidir.

Bu əhvalatdan sonra dərin sükuta qərq olan Behcət daha heç kimlə danışmır. Hətta lazım olan şeyləri almaq üçün mədrəsə xidmətçisindən xahiş edir və yaxud kağız üzərinə yazıb bir söz demədən satıcıya verərdi.

Oxuduğu Seyyid Məhəmməd Kazim Yəzdinin mədrəsəsində iki qapı vardı. Qapılardan biri geniş xiyabana, digəri isə dar küçəyə açılırdı. Camaatdan uzaq gəzən Behcət həmişə dar küçə qapısından get-gəl edərdi.

Ayətullah Behcətin dostu və tələbə yoldaşı Şeyx Abbas Quçani tələbəlik illərini belə yad edir: “Ayətullah Behcət sükut ixtiyar edəndən sonra mənəviyyat aləmindən onun qəlbinə qapılar açılır. O məndən xahiş etdi ki, bu sirri heç kimə açmayım.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930