Ayətullah Behcətin arifləri silkələyən sualı
Mьəllif: admin1
Tarix: 16-10-2018, 10:48
Ayətullah Behcətin arifləri silkələyən sualı
Peyğəmbərlərin bəşəriyyəti inanca sövq edən möcüzələrinin təsirini Allah övliyaları, ariflərin kəramətlərində təkrar müşahidə edirik. Nəfsini tərbiyə etməklə mərifətdə məqama çatmış övliyalar cəmiyyəti doğru yolda saxlayan çıraqlardır.

Mərhum Ayətullah Behcət müasir dövrün əksəriyyət tərəfindən sevilən ariflərindən olub. Ayətullah Siddiqi mərhum Behcətin dünyaya bəlli kəramətlərdən danışarkən maraqlı bir söhbəti yada salır. Hadisəni mərhum Şeyx Abbas Quçani nəql edir:

"Ustadımız Mirza Əli Ağa Qazinin hüzurunda idim. Mərhum Qazi buyurdu: Şeyx Məhəmmədtəqi Behcət məktub yazıb. Soruşur ki, əgər bir şəxsin ruhu bədənindən xaric olub 3 gün sonra geri qayıtsa, həmin üç günün namazlarının qəzası vacib olur?.. Şəkk etmirəm ki, bu onun öz yaşadığı hadisədir!"

Adi insanları heyrətləndirmək bəlkə də təəccüblü iş deyil. Arifləri heyrətləndirmək isə yalnız Allahın lütfü, kəramətlərlə mümknü olur.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031