Ərşin sütununda kimlərin adı yazılıb?
Mьəllif: admin1
Tarix: 7-07-2020, 17:58
Ərşin sütununda kimlərin adı yazılıb?

Əbi Səid Xədəri nəql edir: “Peyğəmbərlə (s) bir yerdə əyləşmişdik və bir nəfər gəldi. Dedi: “Ya Peyğəmbər! Allahın İblisə xitab etdiyi “Sad” 75 ayəsindəki aliyin kimlərdir?

“(Allah) buyurdu: “Ey İblis! Sənə Mənim öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?”. Mələklərdən də üstün olan bu aliyinlər kimlərdir?

Həzrət Peyğəmbər (s) buyurur: “Mən, Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə). İki min il əvvəl ki, Allah Adəmi (ə) yaradanda biz beş nəfər ərşdə Allahı təsbih edirdik. Mələklər təsbih etməkdə bizim ardıcılımız oldular.

O zaman ki, Allah Adəmi (ə) yaradır, mələklərə əmr edir ki, ona səcdə etsinlər. Biz beş nəfərə səcdə etməyi əmr buyurmadı. Bütün mələklər səcdə etdilər, İblisdən başqa. Allah o zaman buyurdu: “Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?”.

O zaman ki, Allah Adəmlə (ə) Həvvanı (ə) behiştə daxil edir, o ikisi Muhəmmədin (s), Əlinin (ə), Fatimənin (s.ə), Həsənin (ə) və Hüseynin (ə) yerinə nəzər saldılar.

Gördülər ki, behiştdə nə üstün yerlərdir. Dedilər: “Pərvərdigara! Bu, kimlərin yerləridir?”

Allah buyurur: “Başınızı qaldırıb və ərşin sütununa nəzər salın”.

Baxdılar və gördülər ki, ərşin sütununda Allahın nuru ilə Muhəmmədin (s), Əlinin (ə), Fatimənin (s.ə), Həsənin (ə), Hüseynin (ə) və qalan İmamların (ə) adları qeyd edilmişdir.

Adəm və Həvva soruşdu: “Pərvərdigara! Onların Sənin dərgahındakı məqamları nə qədərdir?”. Allah buyurur: “Əgər onlar sizin nəslinizdən olmasaydılar, siz iki nəfəri xəlq etməzdim.

Onlar Mənim elmimin xəzinədarları, sirlərimin əminləridirlər. Onlara həsəd aparmaqdan çəkinin və onların Mənim yanımdakı məqamımı istəyənlərdən olun. Əgər belə olarsa (həsəd apararsınızsa), zalımlardan olarsınız”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930